Türkiyә mәtbuatı: 23 iyun 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1441307
Türkiyә mәtbuatı: 23 iyun 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Star’’: Türkiyәnin tәqdim etdiyi qanun layihәsi qәbul edilib

Türkiyә, Qәtәr, İngiltәrә, Almaniya, Fransa, İtaliya, İordaniya, Küveyt, Mәrakeş vә Hollaniyanın  Birlәşmiş Millәtlәr Tәşkilatının İnsan Hüquqları Şurasına tәqdim etdiyi  ‘‘Suriyadakı humanitar vәziyyәtә dair qanun layihәsi’’ qәbul edilib. Qanun layihәsinin lehinә 27, әleyhinә isә 2 sәs verilib. 18 ölkә isә bitәrәf qalıb.

 

‘‘Haber Türk’’: Berat Albayrak: ‘‘Türkiyә iqtisadiyyatı ciddi şәkildә inkişaf edәcәk’’

Türkiyәnin xәzinә vә maliyyә naziri Berat Albayrak iyun ayında istehlakçı güvәn indeksində 5,2 faiz atrımın qeydә alındığını ifadә edib. ‘‘Dünya iqtisadiyyatlarına baxdıqda Türkiyә iqtisadiyyatı daha sürәtli şәkildә inkişaf edir. İstehlakçı güvәn indeksindә qeydә alınan artım ölkә iqtisadiyyatına müsbәt şәkildә tәsir edir’’,-deyә Türkiyәnin xәzinә vә maliyyә naziri bildirib.

 

‘‘Hürriyet’’: Müdafiә sahәsindәki әn nәhәng müqavilәyә imza atılıb

Türkiyәnin  MİLGEM (Milli gәmi) layihәsi ilә bağlı kritik әmәkdaşlığa dair müqavilәyә imza atılıb. Pakistan Hәrbi Dәniz Qüvvәlәri üçün istehsal edilәcәk gәmi Türkiyәnin mühәndislik vә sәnaye sahәsindә әldә etdiyi irәlilәyiş baxımından әhәmiyyәtlidir.

 

‘‘Sabah’’: Azәrbaycan Türkiyәdәn Silahlı Pilotsuz Uçuş Aparatı (PUA)  alacaq

Türkiyә müdafiә sәnayesi sahәsindә ciddi irәlilәyiş әldә edib. Türkiyәnin hazırladığı PUA-lara tәlәb hәr ötәn gün artır. Bu çәrçivәdә Azәrbaycan Türkiyәdәn Silahlı Pilotsuz Uçuş Aparatı alacaq.

 

‘‘Yeni Şafak’’:  ‘‘Yuventus’’ Türkiyәli futbolçunu transfer etmәk istәyir

İtaliyanın mәşhur ‘‘Yuventus’’ klubu  hazırda Almaniyanın ‘‘Vender Bremen’’ klubunda oynayan gәnc türkiyәli futbolçusı Eren Dinkçini  transfer etmәk niyyәtindәdir. Gәnc futbolçu indiyәdәk oynadığı matçlarda 22 qol vurub.



Әlaqәli Xәbәrlәr