Türkiyә mәtbuatı:19 iyun 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1439045
Türkiyә mәtbuatı:19 iyun 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

 

‘‘Hürriyet’’: Çavuşoğlu Liviya ilә bağlı açıqlama verib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu prezident Rәcәb Tayyib Әrdoğan  ilә Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp arasında Liviya mәsәlәsindә görüş olduğunu ifadә edәrәk ABŞ ilә Liviyada birgә işlәmәk mәsәlәsindә tәlimat aldıqlarını söylәyib.

 

 ‘‘Sabah’’: ABŞ-ın keçmiş generalı Kimmit: ‘‘Türkiyә NATO-ya yol göstәrir’’

Amerika Birlәşmiş Ştatlarında Corc Buş administrasiyası dövründә müdafiә mәsәlәlәri üzrә müşavirin müavini vәzifәsini işra edәn Mark Kimmit Türkiyәnin güclü NATO üzvü olduğunu ifadә edib. Kimmit deyib: ‘‘Bir NATO üzvü olaraq Türkiyәni Orta Şәrqdә maraqlandıran әhәmiyyәtli mәsәlәlәr var. Orta Şәrqә әn yaxın olan üzv olaraq  NATO-ya yol göstәrir’’

 

‘‘Vatan’’: Son 20 ilin rekordu әldә edilib

Türkiyәnin energetika vә tәbii sәrvәtlәr naziri Fatih Dönmәz Türkiyәnin enerji istehsalı ilә bağlı deyib: ‘‘2020-ci ilin aprel ayında milli enerji istehsalı 79.6 %, bәrpә oluna bilәn enerji istehsal isә 66% olaraq reallaşıb.

 

‘‘Yenişafak’’: ‘‘Fatih’’ gәmisi qazma fәaliyyәtlәrinә hazırlaşır

Qaradәnizdә qazma fәaliyyәtlәri hәyata keçirmәk üçün Trabzon limanında hazırlıqlarını davam etdirәn ''Fatih'' qazma gәmisi  iyunun 25-dә qazma fәaliyyәtlәri aparmaq üçün yola düşәcәk.

 

‘‘Star’’:  ‘‘Bayraktar TB2’’ pilotsuz uçuş aparatı yanğınla mübarizә çәrçivәsindә meşәlik sahәlәrә nәzarәt edәcәk

‘‘Bayraktar TB2’’ pilotsuz uçuş aparatı yanğınla mübarizә çәrçivәsindә meşәlik sahәlәrә nәzarәt edәcәk. Bu barәdә  Bayraktar Müdafiәnin texniki mәsәlәlәr üzrә müdiri Sәlçuq Bayraktar rәsmi ‘‘Twitter’’ sәhifәsindә açıqlama verib.

 

 



Әlaqәli Xәbәrlәr