Türkiyə mətbuatı, 15 iyun 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1436012
Türkiyə mətbuatı, 15 iyun 2020

Sabah: Ərdoğandan tarixi açılış
Dünyadakı rəqibləri və əmsallrinin olduğu siyahılarda həm tutum həm də nəqliyyat baxımından zirvəyə çatan üçüncü İstanbulun yeni hava limanında uçuş-enmə zolağı, eləcə də hava limanı ərazisində inşa edilən “Dövlət Qonaq Evi” və məscid prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimlə  istifadəyə verilib. "Biz xidmət göstərməyə və əsər yaratmağa davam edəcəyik. Hava limanımız qısa müddət ərzində 65 milyon sərnişini qəbul etdi. Hədəfimizi daha da yuxarılara qaldıracağıq"dedi.
"Hürriyet: "Türkiyəni dünyada faizsiz maliyyə mərkəzinə çevirəcəyik"
Xəzinə və maliyyə naziri Berat Albayrak "12-ci Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyə Konfransı"na videokonfrans vasitəsilə qatılaraq etdiyi çıxışda hədəflərinin Türkiyəni dünyada faizsiz maliyyə mərkəzinə çevirmək olduğunu söylədi.
"Haber Türk": ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun qarşısında Corc Floyd nümayişi
ABŞ-ın Minnesota ştatında Afrika mənşəli Corc Floydun öldürülməsinə ABŞ-ın İstanbuldakı Baş Konsulluğu qarşısında etiraz edildi. Nümayişçilər təhlükəsizlik tədbirləri altında Sarıyerdəki Baş Konsulluğunun yerləşdiyi küçədə  əllərində Floydun fotoşəkillərini daşıyaraq, bir müddət şüarlar səsləndirərək dağıldı.
"Vatan": Rusiyanın xarici işlər və müdafiə nazirlərinin Türkiyəyə səfəri təxirə salındı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoşqu ilə hərbi və təhlükəsizlik səlahiyyətlilərindən ibarət olan Rusiya heyəti dünən planlaşdırılan Türkiyəyə ediləcək səfərini təxirə saldı. Türkiyənin və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı tərəflər səfərin yaxın günlərdə reallaşdırılması ilə bağlı razılıq əldə ediblər.
"Star": Türkiyə NATO Sənaye Müşavirə Qrupu dövrünün prezidenti oldu
Türkiyə NATO-nun aktual texnologiya ehtiyaclarının təyin olunmasını təmin edən, alt iş qruplarının da iştirak etdiyi NATO Sənaye Məsləhətləşmə Qrupunun (NİAG) dövri sədrliyini qəbul etdi. 



Әlaqәli Xәbәrlәr