Türkiyə mətbuatı, 11 iyun 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1433733
Türkiyə mətbuatı, 11 iyun 2020

 

"Sabah":Türkiyə İsrailin işğal təşəbbüsünə sərt reaksiya verdi
Xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin Fələstin ərazisini ilhaq etməsi planına reaksiya göstərdi. İşğalın Orta Şərqdə daimi sülh ümidlərini məhv edəcəyini qeyd edən Çavuşoğlu, "İşğalçı güc (İsrail) qırmızı xətti keçərsə, İslam ölkələri olaraq bunun nəticələrinin olacağını göstərməliyik" dedi.
"Hürriyet": Türkiyə Liviyanın qanuni hökumətinin yanındadır 
Milli müdafiə naziri Hulusi Akar Liviya Milli Həmrəylik Hökumətinin BMT tərəfindən tanındığını və bütün Liviyanı təmsil etdiyini bildirdi. Türkiyənin Liviyada qanuni hökumətin yanında olduğunu ifadə edən Akar "Bizim liviyalı qardaşlarımızla 500 ilə yaxın bir keçmişimiz var. Oradakı qardaşlarımızın problemlərinə biganə qalmağımız qeyri-mümkün idi" dedi.
"Star: Almaniyadan tarixi etiraf: "Liviyada Türkiyə olmadan atəşkəs olmaz"
Almaniyanın Giessen Universiteti professoru Andreas Dittmann Türkiyə olmadan Liviyada atəşkəsin olmayacağını söylədi. Dittmann Türkiyənin dəstəklədiyi Milli Həmrəylik Hökuməti qüvvələrinin qiyamçı Hafteri məğlub etdiyini bildirdi. Dittmann Misirin atəşkəs çağırışının isə tərəfsiz olmadığı üçün qəbul çağırışının qəbul edilə bilməyəcəyini söylədi.

"Sabah":Türkiyə İsrailin işğal təşəbbüsünə sərt reaksiya verdi
Xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin Fələstin ərazisini ilhaq etməsi planına reaksiya göstərdi. İşğalın Orta Şərqdə daimi sülh ümidlərini məhv edəcəyini qeyd edən Çavuşoğlu, "İşğalçı güc (İsrail) qırmızı xətti keçərsə, İslam ölkələri olaraq bunun nəticələrinin olacağını göstərməliyik" dedi.
"Hürriyet": Türkiyə Liviyanın qanuni hökumətinin yanındadır 
Milli Müdafiə Naziri Hulusi Akar Milli Milli Həmrəylik Hökuməti BMT tərəfindən tanındığını və bütün Liviyanı təmsil etdiyini bildirdi. Türkiyənin Liviyada qanuni hökumətin yanında olduğunu ifadə edən Akar "Bizim liviyalı qardaşlarımızla 500 ilə yaxın bir keçmişimiz var. Oradakı qardaşlarımızın problemlərinə biganə qalmağımız qeyri-mümkündü" dedi.
"Star: Almaniyadan tarixi etiraf: "Liviyada Türkiyə olmadan atəşkəs olmaz"
Almaniyanın Giessen Universiteti professoru Andreas Dittmann Türkiyə olmadan Liviyada atəşkəsin olmayacağını söylədi. Dittmann Türkiyənin dəstəklədiyi Milli Həmrəylik Hökuməti qüvvələrinin qiyamçı Hafteri məğlub etdiyini bildirdi. Dittmann Misirin atəşkəs çağırışının isə tərəfsiz olmadığı üçün qəbul çağırışının qəbul edilə bilməyəcəyini söylədi.
"Yeni Şafak": Səyahət məhdudiyyətindən sonra ilk uçuş: "Turistlər axın etdi"
Yeni növ koronavirus (Covid-19) tədbirləri nəticəsində 
 uzun müddətdir tətbiq edilən səyahət qadağası dünən ləğv edildi. Turizm şəhəri Antalyaya ilk beynəlxalq reys Almaniyadan oldu. Xüsusi bir aviaşirkətin təşkil etdiyi 6 uçuşdan birincisi Münhendən, ikincisi Düsseldorfdan idi. Müayinədən keçən sərnişinlər 14 gün karantində qalacaqlar.
"Vatan: İstanbul üçün maliyyə mərkəzi olmaq çox yaxşı olacaq
Xəzinə və maliyyə naziri Berat Albayrak Türkiyənin daha sərmayə bazarlarını böyütmək, investisiya sahələrinin müxtəlifliliyini artırmaq üçün fəaliyyətlərini, davam etdirdiyini söylədi. İnvestisiya fondlarının ümumi həcminin bütün dövrlərin ən yüksək səviyyəsinə çataraq 150 milyard lirəni keçdiyini qiymətləndirən Albayrak "İstanbula maliyyə mərkəzi olmaq çox yaraşacaq" dedi.



Әlaqәli Xәbәrlәr