Türkiyə mətbuatı, 28 may 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1424769
Türkiyə mətbuatı, 28 may 2020

"Vatan": Ərdoğan elan etdi: "29 maydan başlayır"
Prezident Rəcəb Tayyib Ərdoğan dünən Demokratiya və Azadlıqlar Adasının açılış mərasimində "Fatih" qazma gəmisinin 29 mayda İstanbul boğazından keçərək yeni qazma işləri üçün Qaradənizə açılacağını açıqladı.
"Haber Türk": "Nazir Varank: Mindən çox süni tənəffüz cihazı ixrac etdik"
Sənaye və Texnologiya naziri Mustafa Varank, dünən videokonferensiya vasitəsilə Kayseri Sənaye Palatası Müşavirə və Qiymətləndirmə Yığıncağına qatılaraq Türkiyənin minə yaxın süni tənəffüs aparatını ixracat etdiyini söyləyib.
"Sabah": İstanbul Hava Limanının yeni müvəffəqiyyəti"
İstanbul Hava Limanı uğurlarına yenisini əlavə edərək "LEED Gold" sertifikatına layiq görülüb. Amerika Yaşıl İnşaat Şurası İstanbul Hava Limanının terminalını dünyada ən böyük "LEED" sertifikatlı bina kimi təsdiqlədi.
"Star": "Yunanıstanın yaxta agentləri Türkiyə dəniz marşrutunun açılmasını istəyir
Türkiyə sahillərinə yaxın Yunanıstan adalarında fəaliyyət göstərən operatorlar və ya agentlər epidemiya daxilində yeni növ koronavirus (Covid-19) epidemiyası tədbirləri çərçivəsində Türkiyə ilə bağlı olan dəniz yolllarının  yenidən açılmasını istəyir.
"Yeni Şafak": Turistlər Türkiyəyə gəlməkdən imtina etmirlər: rezervasiyalarını ləğv etmək yerinə təxirə saldılar
Bütün dünyada tüğyan edən koronavirus pandemiyası müddətində Türkiyədə görülən tədbirlər sayəsində ölüm sayı hər keçən gün azalmaqdadır. Hər il milyonlarla turisti qəbul edən tətil mərkəzlərində operatorlar 'yeni normal' qaydalara uyğun olaraq nizamlar təşkil edirlər. Epidemiya müddətində əvvəlcədən sifarişlərin böyük hissəsinin ləğv edilmədən irəli tarixə təxirə salınmasının turistlərin Türkiyəyə gəlməkdən imtina etmədiyini ortaya qoyur.



Әlaqәli Xәbәrlәr