Türkiyә mәtbuatı:27 may 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1424091
Türkiyә mәtbuatı:27 may 2020

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’: Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın deyib: ‘‘Hafteri dәstәklәyәnlәr sәhv tәrәfdәdirlәr’’

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın ‘‘France 24’’ telekanalına müsahibә verib. Kalın müsahibә zamanı Liviyadakı son vәziyyәti qiymәtlәndirib. Kalın deyib: ‘‘Fransa vә Hafteri hәlә dә dәstәklәyәn hәr kәsin Liviyadakı toqquşmaların sәhv tәrәfindә olduğununa inanırıq’’.

 

‘‘Hürriyet’’: Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay: ‘‘Türkiyә ŞKTC-nin yanında olmağa davam edәcәk’’

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay dünәn Türkiyә vә Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyәti arasında  videokonfrans formatında keçirilәn ‘‘İqtisadi vә Maliyyә Әmәkdaşlıq Sazişi’’nin imza atma mәrasiminә qatılıb.

Yeni növ koronavirus epidemiyasının təsirlərilə yaranacaq yeni normallaşma prosesinə hazırlaşarkən Türkiyənin Şimali Kıbrıs Türk Cümhuriyyətinin yanında olmağa davam edəcəyini vurğulayan Oqtay deyib: "Şimali Kıbrıs Türk Cümhuriyyətini davamlı bir iqtisadiyyata qovuşdurmaq üçün ciddi şəkildə və təxirəsalınmaz şəkildə lazımi addımları atmaqda qətiyyətliyik".

 

‘‘Star’’: Sәhiyyә naziri Fәxrәddin Koca: Sağalan xәstә sayında artım müşahidә olunur.

Türkiyәnin sәhiyyә naziri Fәxrәddin Koca Türkiyәnin yeni növ koronavirus epidemiyasına qarşı apardığı mübarizә ilә bağlı rәsmi ‘‘Twitter’’ sәhifәsindә açıqlama verib. Fәxrәddin Koça açıqlamasında bu ifadәlәrә yer verib: ‘‘Sağalan xәstә sayı ciddi şәkildә artıb.Reanimasiya şöbәlәrindәki  vә intubasiya edilmiş xәstәlәrin sayında isә azalma müşahidә olunur.Yeni hәyat tәrzimiz nәzarәtli sosial hәyatdır’’.


‘‘Yeni Şafak’’: Türkiyә bir ölkәyә dә yardım etdi.

Türkiyә yeni növ koronavirusla mübarizә çәrçivәsindә Çada tibbi lәvazimat göndәrib. Türkiyәnin yardımını daşıyan tәyyarә ilә hәmçinin tәcili tibbi yardım maşını da göndәrilib.

Göndərilən bağlamaların üzərində Mövlananın “Ümidsizlikdən sonra necə ümidlər var. Qaranlıqdan sonra necə günəşlər var” sözləri yer alıb.


‘‘Haber Türk’’: ‘‘Fatih’’ qazma gәmisi Qaradәnizә açılmağa hazırdır

Türkiyәnin enerji vә tәbii sәrvәtlәr naziri Fatih Dönmәz  ‘‘Fatih’’ qazma gәmisinin Qaradәnizә açılmağa hazır olduğunu deyib. Fatih Dönmәz bu barәdә rәsmi ‘‘Twitter’’ sәhifәsindә yazıb. Nazir bildirib ki, gәmi İstanbul Boğazını keçmәyә hazırdır. Gәmi mayın 29-da İstanbul fәthinin ildönümündә Qaradәnizә doğru hәrәkәt edәcәk.



Әlaqәli Xәbәrlәr