Türkiyə mətbuatı, 22 may 2020

“Hürriyet”, “Sabah”, “Haber Türk”, “Vatan” və “Star” bu gün nələrdən yazır?

1421589
Türkiyə mətbuatı, 22 may 2020

 

“Hürriyet”: Böyük xəstəxananın açılışında Ərdoğandan mesajlar

  Mayın 21-də İstanbul Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası açıldı. Mərasimdə videokonfrans yoluyla çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dedi: "Bu, Türkiyənin sağlıq turizmindəki markalardan biri olacaq. İstanbul Hava Limanına yaxın olduğu üçün xarici qonaqlara da xidmət edəcək. Bu xəstəxana artıq İstanbulun beynəlxalq sağlıq mərkəzinə çevrildiyini göstərir".

“Sabah”: Altunun “Washington Times”da məqaləsi

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altunun “Washington Times” qəzetində "Türkiyənin strategiyası korona virusu (Covid-19) epidemiyasının gedişatını dəyişdirdi" başlıqlı yazısı çıxıb. Türkiyənin korona virusu ilə mübarizəsindən bəhs edilən məqalədə yazılır: "Səhiyyə sahəsində həyata keçirdiyimiz islahatlar və qoyduğumuz investisiya nəticəsində insanların sağlamlığına uzun bir yol açmışıq. Ona görə də səhiyyə sistemimiz, digər ölkələrdə olduğu kimi, əzici basqı ilə qarşı-qarşıya qalmadı."

“Haber Türk”: Xarici İşlər Nazirliyindən Hafterə təpki

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy: “Türkiyənin maraqları Liviyada hədəfə alınarsa, bu, ciddi nəticələrə səbəb olar. Qiyamçı Hafter ünsürlərini qanunsuz hesab etdiyimizi bir daha xatırladırıq", - dedi.

“Vatan”: Yunanıstan və Türkiyə arasında əməkdaşlıq

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyi yeni növ korona virusu epidemiyası ilə mübarizədə normallaşma addımlarından sonra turizmə ən çox qonaq göndərən ölkələrlə əlaqələri möhkəmləndirməyə başladı. Nazir Mehmet Ersoy və Yunanıstan turizm naziri Haris Theoharis Egey dənizində turizm üçün ortaq təşviqat kampaniyası həyata keçirməyi qərara aldılar.

“Star”: Marmaray keçidi ilə ilk ixrac blok qatarı Sakaryaya yola düşdü

  Türkiyədə istehsal edilən avtomobil hissələri və məişət texnikasını daşıyan Marmaray keçidli ilk ixracat blok qatarı Sakarya Arifiye dəmiryol stansiyasından hərəkət etdi. Əsrin layihəsi olan Marmaraydan birbaşa Avropaya gedən qatar Anadoludan Avropaya çatan ilk ixrac qatarı olacaq.

 



Әlaqәli Xәbәrlәr