Türkiyə mətbuatı, 14 may 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1416985
Türkiyə mətbuatı, 14 may 2020

"Yenişafak": Koca: "Tədbirlər tədricən qaldırılacaq"
Səhiyyə naziri Fahrettin Koca Dünya Səhiyyə Təşkilatının Avropa Bölgəsi üzrə direktoru Dr. Hans Kluge ilə videokonfrans vasitəsilə ikitərəfli görüşlər keçirib. Kluge "Covid-19" pandemiyası ilə uğurlu mübarizədə beynəlxalq həmrəylik və liderliyə görə Türkiyəyə təşəkkür etdib. Nazir Koca da  müvəffəqiyyətli bir prosesin hazırda Türkiyəni normallaşdırma planı həyata keçirmə mərhələsinə gətirdiyini vurğulayaraq, müəyyən tədbirlərini planlı şəkildə tədricən və nəzarət edilərək qaldırılacağını söylədi.
"Habertürk": Nazir Varankdan yerli diaqnoz dəsti açıqlaması
Sənaye və texnologiya naziri Mustafa Varank yeni növ koronavirusu (Covid-19) erkən mərhələdə aşkarlayacaq və dünyaya nümunə olacaq bir innovativ dəstin hazırlandığını və ilk nümunənin iyunda tamamlanacağını açıqladı.
"Star": "EBRD baş iqtisadçısı Roger Kelly: "Gələn il Türkiyədə güclü şəkildə 6 faiz böyümə gözləyirik"
Avropa Avadanlıq və Tərəqqi Bankı (EBRD) Regional baş iqtisadiyyatçısı  Roger Kelly neft qiymətlərinin düşməsinin cari hesaba və inflyasiyaya müsbət təsir göstərəcəyini bildirərək, "İndiki proqnozumuz gələn il Türkiyə iqtisadiyyatının təxminən 6 faiz böyüməsidir" deyib.
"Vatan": Avropada ən uzun olacaq 
Tarixi İpək Yolu Şərqi Qara dəniz bölgəsini, Orta Şərq, Qafqaz və İranla birləşdirən yolda; Dünyanın ikinci və Avropanın 14,5 kilometr uzunluğunda ikiqat boru yolu tuneli olacaq Yeni Zigana tunelinin tikilməsinin 68 faizi başa çatıb.
"Sabah": Rusların həvəslə yedikləri Çukurovanın ərikləri

Çukurovanın münbit torpaqlarında yetişən əriklər bir çox ölkəyə ixrac olunur. Adananın Kozan bölgəsindən müxtəlif ölkələrə, xüsusən də Rusiyaya meyvə ixrac edən iş adamı Əhməd Sucak, bölgədən 500 min dollarlıq ixrac reallaşdırdıqlarını söyləyib.



Әlaqәli Xәbәrlәr