Türkiyə mətbuatı, 6 may 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1411688
Türkiyə mətbuatı, 6 may 2020

"Haber Türk": Türkiyə sürətlə normal həyata dönür
Prezident Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirus (Covid-19) epidemiyasının inkişaf etmiş ölkələrin sağlamlıq, iqtisadi və sosial quruluşlarının güclü olmadığını göstərdiyini söylədi. Türkiyənin isə hər baxımdan inkişaf etmiş ölkələrdən çox daha düzgün mövqe ortaya qoyduğunu ifadə edən Ərdoğan "Epidemiya prosesində əldə etdiyimiz uğurları daha böyük müvəffəqiyyətlərə çevirəcəyik" dedi.
"Hürriyet": Dünya mətbuatı Türkiyəni nümunə göstərdi
"Covid-19" epidemiyası qarşısında bir çox Avropa ölkəsi tədbir görməkdəuğursuz olarkən Türkiyənin gəldiyi nöqtə dünya mətbuatı tərəfindən nümunə göstərilir. Fransız xəbər agentliyi "Agence France Presse" (AFP) və Amerikan media quruluşu "CNN" İstanbula gələrək, Türkiyənin pandemiya ilə mübarizəsindəki qələbəsini yerində araşdırdı. Xarici media xüsusilə Türkiyədəki filyasiya (xəstəliyin yayılmasını araşdırmaq) işlərinə heyran qaldı.
"Star": Türkiyə müsbət bir nümunə
Şimali Makedoniyanın ksabiq səhiyyə naziri. Dr. Dragan Danilovski Türkiyənin "Covid-19" pandemiyasına müvəffəqiyyətli şəkildə nəzarət etdiyini və müsbət bir nümunə olduğunu ifadə etdi. Danilovski böyük əhaliyə sahib ölkələr kateqoriyasında olan Türkiyənin epidemiyanın başından etibarən təsirli siyasətlər icra etdiyini söylədi.
"Vatan": Türkiyə qlobal şirkətlərin yeni istehsal mərkəzi ola bilər
Sənaye və texnologiya naziri Mustafa Varank 11 maydan Türkiyədə bütün avtomobil fabriklərinin təkrar fəaliyyətlərinə başlayacağını bildirib. Çindəki istehsalda baş verən problemlərin qlobal şirkətləri, istehsal mərkəzlərinin növünü artırmağa istiqamətləndirdiyinə diqqət çəkən Varank Türkiyənin çox asan bir şəkildə bu mərkəzlərdən birinə çevrilə biləcəyini söylədi. Varank sənaye sektoruna hər cür dəstək verəcəklərini vurğuladı.
"Sabah": “Sabiha Gökçen hava limanından yük daşımalarında istifadə ediləcək

Koronavirus tədbirləri çərçivəsində uçuşların müvəqqəti dayandırıldığı İstanbul Sabiha Gökçen hava limanının uçuş-enmə zolağında təmir işləri aparıldı. Təmir işləri başa çatdıqdan sonra hava limanı yük reyslərinə açıldı.



Әlaqәli Xәbәrlәr