Türkiyə mətbuatı, 24 aprel 2020

“Hürriyet”, “Star”, “Haber Türk”, “Vatan” və “Sabah” bu gün nələrdən yazır?

1404452
Türkiyə mətbuatı, 24 aprel 2020

 

“Hürriyet”: Prezident Ərdoğan normallaşmanın necə olacağını izah etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə 23 apreldə video-konfrans yoluyla təşkil edilən Ədalət və İnkişaf Partiyasının (AK Partiya) mərkəzi icra təşkilatı iclasında virusla mübarizədə küçəyə çıxma yasağına riayət edildiyi bildirilib. Ərdoğan çıxışında deyib: “Hər kəs müvəqqəti qadağalara əməl etməyə davam edərsə, Ramazan bayramından (24-26 may) sonra qaydalar yüngülləşdiriləcək. Əvvəlcə əkinçilik, tekstil, sənaye və bundan sonra turizm və digər sahələr üzrə rahat addımlar atılması planlaşdırılır". 

“Star”: Məclis sədri Şentop “Türkiyə indi daha güclüdür" dedi

  Türkiyə Böyük Millət Məclisi 23 apreldə iclas edərək TBMM-nin açılışının 100-cü ildönümü ilə əlaqədar xüsusi gündəmlə toplandı. Məclis sədri Mustafa Şentop etdiyi çıxışında Türkiyənin gəldiyi nöqtəyə toxunaraq deyib: “Yüz il əvvəl tamamilə tükəndiyi fərz edilən bir dövrdə əzmlə ayağa qalxan Türkiyə bu gün daha güclü, daha coşğulu və daha diridir. Türkiyə bu gün qlobal epidemiya qarşısında belə çarəsiz qalan dövlətlərə tibbi yardım edir.”

“Haber Türk”: Türkiyənin səhiyyə sistemi dünya gündəmində

  Amerikanın tanınmış media orqanı “CNN İnternational” Türkiyəyə müxbir göndərərək ən sıx reanimasiyaların olduğu İstanbul Cerrahpaşa Tibb Fakültəsi Xəstəxanası Təcili Xidmətində olub və burada “Covid-19”la necə mübarizə aparıldığını, xəstəliklə müalicə üsullarını izləyib. CNN Amerika Birləşmiş Ştatları və Avropadan fərqli olaraq Türkiyədə heç bir yataq həcmi problemini olmadığını yayımlayıb. Eyni çəkilişi keçən həftə İngiltərənin BBC mətbuat qurumu da verib.

“Vatan”: Dünya Səhiyyə Təşkilatı Türkiyə ilə bağlı optimistdir

  Dünya Səhiyyə Təşkilatı Türkiyədə korona virusuna (Covid-19) qarşı çox erkən mərhələlərdə görülən tədbirlər sayəsində ümumi gedişatda yoluxma saylarında azalma müşahidə edildiyini bildirib. Bu baxımdan təşkilat Türkiyəyə “Covid-19”la bağlı optimist baxdığını nəzərə çatdırıb.  

“Sabah”: Şərqi Aralıq dənizində nəhəng manevr

  Türkiyə Dəniz Donanması Komandanlığı “Hərəkata hazırlıq təlimləri” çərçivəsində 15-17 aprel tarixləri arasında Egey və Şərqi Aralıq dənizlərində nəhəng hərbi manevr reallaşdırıb. Təlimlərdə 33 döyüş gəmisi, dəniz polis bölməsi təyyarələri, vertolyotlar, Pilotsuz Uçan Aparat (PUA), dəniz piyada birlikləri, SAT komandaları iştirak edib. Türkiyə bu nəhəng hərbi manevrlə Şərqi Aralıq dənizindəki varlığını bir daha gözlər önünə sərib.



Әlaqәli Xәbәrlәr