Türkiyә mәtbuatı: 22 aprel 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1403094
Türkiyә mәtbuatı: 22 aprel 2020

 

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

 

‘‘Haber Türk’’: Türkiyә prezidenti koronavirusla bağlı bәyanat verdi

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, hazırda epidemiyada sabit gedişata üz tutulduğunu müşahidə edirik. Ramazan ayı boyunca tədbirlərə ən yüksək səviyyədə riayət etməklə, bayramdan sonra ölkəmizin normal həyata keçəcəyinə ümid edirik.

 

‘‘Hürriyet’’: Ömәr Çelik: ‘‘Ramazan bayramından sonra ölkəmiz normal həyata keçə bilәcәk’’


Әdalәt vә İnkişaf partiyasının sözçüsü Ömәr Çelik koronavirusla bağlı görülәn tәdbirlәr çәrçivәsindә ölkәnin Ramazan bayramından sonra normal həyata keçə bilәcәyini deyib.
Çelik deyib: ‘‘Epidemiya ilә bağlı görülәn tәdbirlәrә riayәt etmәyә davam etmәliyik. Bunu etsәk Ramazan bayramından sonra ölkәmiz normal hәyata keçә bilәr’’.

 

‘‘Star’’: İngiltәrә  Türkiyәnin müdafiә sәnaye şirkәtinә mükafat verib

Dünyanın aparıcı hәrbi sistemlәrini istehsal edәn firmalarından biri olan FNSS Müdafiә Sistemlәri A.Ş British Safety Council tәrәfindәn  bu il 62-ci dәfә tәşkil edilәn vә iş sağlamlığı ilə təhlükəsizliyi sektorunda ilk və ən nüfuzlu mükafatlardan biri olan Beynəlxalq İş Təhlükəsizliyi Mükafatına layiq görülüb.

 

‘‘Yeni Şafak’’: Türkiyә qızıl ehtiyatını artırıb


Türkiyә qızıl ehtiyatını mart ayında artırıb. Beynәlxalq Valyuta Fondunun mәlumatına görә, fevral ayında 18,47 milyon unsiya olan qızıl ehtiyatı mart ayının sonunda 19,33 milyon unsiyaya yüksәlib.


‘‘Sabah’’: Rusiyaya mandarin ixracı
Türkiyәdәn ilin ilk rübbündә Rusiya Federasiyasına 81 min 776 ton mandarin ixrac edilib. Bu mәhsuldan Türkiyә 49 milyon 834 min 922 dollar mәblәğindә gәlir әldә edib.



Әlaqәli Xәbәrlәr