Türkiyə mətbuatı, 21 aprel 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1402145
Türkiyə mətbuatı, 21 aprel 2020

"Hürriyet": Ərdoğan: "Test sayını 40 minə çıxardıq"
Prezident Rəcəb Tayyib Ərdoğan dünən keçirilən kabinet toplantısından sonra Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyasının qarşısını almaq üçün gördüyü tədbirlərin bəhrəsini verməyə başladığını söylədi. "Testlərin sayını gündə 40.000-ə çatdırdıq. Reanimasiyada və ya tənəffüs cihazlarda olan xəstələrin sayı və dünyasını dəyişən xəstələrin eyni səviyyədə davam edir" dedi.
"Yeni Şafak": Nazir Koca: "Yerli və milli süni tənəffüs cihazımız istifadəyə hazırdır"
Səhiyyə naziri Fəxrəddin Koca yerli və milli süni tənəffüs cihazlarının istehsal edildiyini və istifadəyə hazır olduqlarını söylədi. Nazir İstanbul Başakşehir Şəhər xəstəxanasının xidmətə qəbul və reanimasiya bölməsi üçün süni tənəffüs cihazının təqdimat mərasimində etdiyi çıxışda yerli və milli süni tənəffüs cihazları ilə əlaqədar deyib:
"Hal-hazırda 100 ədəd cihazımız var. May ayına qədər 5 minə qədər istehsal etməyi planlaşdırdıq". 
"Vatan: Nazir Varank: "May ayının sonuna qədər beş min cihaz istehsal ediləcək"
Sənaye və texnologiya naziri Mustafa Varank dünən İstanbul Başakşehir Şəhər xəstəxanasının açılışında may ayının sonuna qədər 5 min yerli süni tənəffüs istehsal ediləcəyini söylədi.
"Sabah": "ABŞ mediasından təəccüblü sözlər: Türk SPUA-lar səmanın hakimidirlər..."
ABŞ ən böyük yayım qurumlarından biri olan "Bloomberg" Liviyadakı əməliyyatlar üçün apardığı analizlərdə Türkiyənin silahlı pilotsuz uçuş aparatlarını (SPUA) təriflədi. "Bloomberg" analiz hesabatında, "Birləşmiş Ərəb Əmirliklərinin nəzarətindəki "Wing Loong SPUA"lar artıq Tripoli və Misratada rahat fəaliyyət göstərə bilmir.
"Star": Türkiyənin avtomobil mərkəzindən 2 milyard dollarlıq ixracat
Türkiyənin avtomobil mərkəzi Bursa ilin ilk rübündə 1 milyard 977 milyon dollarlıq avtomobil ixracına imza ataraq bu sektordakı liderliyini davam etdirdi. Ən çox xarici satış 311 milyon 213 min dollarla Fransaya reallaşdırdı. Fransanı 275 milyon 926 min dollarlıq avtomobil ixracı ilə Almaniya təqib etdi.



Әlaqәli Xәbәrlәr