Türkiyə mətbuatı, 16 aprel 2020

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1399167
Türkiyə mətbuatı, 16 aprel 2020

"HaberTürk": Prezident Aparatının sözçüsü Kalının "Covid-19" virusu sahəsindəki mübarizə ilə əlaqədar paylaşması 
Prezident Aparatının sözçüsü İbrahim Kalın yeni növ koronavirusun (Covid-19) panikaya düşmədən və təmkinli olunaraq birlikdə məğlub  ediləcəyini bildirdi. 
Kalın özünün "twitter" hesabındakı paylaşmasında "Türkiyə tədbir və müalicədə üstünlüyü olan bir yerdədir. Sağlamlıq infrastrukturumuz güclüdür. Yataq və dərmanda çatışmazlıq yoxdur. Epidemiyanın qarşısını ancaq tədbirləri layiqincə yerinə yetirərək ala bilərik. Virusu panikaya düşmədən və təmkinli addım ataraq birlikdə məğlub edəcəyik", ifadəsini işlədib.
"Vatan": Türkiyǝ Prezident Aparatı Kommunikasiya İdarǝsinin rǝhbǝri Fǝxrǝddin Altun: "Dünyaya rǝhbǝrlik  edirik"
Türkiyǝ Prezident Aparatı Kommunikasiya İdarǝsinin rǝhbǝri Fǝxrǝddin Altun özünün "twitter" hesabında koronavirus epidemiyası ilə bağlı ingilis dilində paylaşım edib. Prosesin ilk andan etibarən prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli bir lider olduğunu ifadə edən Altun "Etdiyimiz humanitar yardımla dünyaya rəhbərlik edirik və koronavirus prosesində bu mövqeyimizi davam etdiririk". dedi.
"Sabah": Nazir Dönmǝz yerli dezinfeksiyaedici məhlul "Borel"i təqdim etdi
Enerji və təbii sərvətlər naziri Fatih Dönmez yerli dezinfeksiyaedici məhlul "Borel"in aprelin 15-də təqdimatı 
 yığıncağını keçirdi. 
Nazir Dönmez "Borel aprelin 16-dan etibarən fərqli satış nöqtələrində vətəndaşlarımıza təqdim ediləcək" dedi.
"Star": Türkiyəyə təşəkkür etdi

Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Türkiyənin paytaxtı Ankarada yerləşən Atakule qülləsində Azərbaycan Respublikasının dövlət bayrağının işıqlandırılması ilə əlaqədar Türkiyəyə təşəkkür etdi.
"Yeni Şafak": Fatih Terim koronavirusdan sağaldı və donor olmaq istədiyini açıqladı
 "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin koronavirusla bağlı verdiyi sonuncu analizin nəticəsi də mənfi çıxdı.
Terim bildirdi ki, virusun plazmafarez metodu ilə müalicəsi üçün donor olmağa hazırdır: "Dəyərli həkimlərimiz kriteriyalara uyğun olduğumu desələr, qan verməyə hazıram. Bu yolla bir neçə insanın həyatını qurtararam. Bu isə məni xoşbəxt edər".



Әlaqәli Xәbәrlәr