Türkiyə mətbuatı, 10 aprel 2020

“Vatan”, “Hürriyet”, “Sabah”, “Star” və “Haber Türk” bu gün nələrdən yazır?

1395108
Türkiyə mətbuatı, 10 aprel 2020

 

“Vatan”: Ərdoğan Şimali Makedoniya prezidenti ilə danışdı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 9-da Şimali Makedoniya prezidenti Stevo Pendarovski ilə telefonda danışıb. Cumhurbaşkanlığı Mətbuat Xidmətinin verdiyi məlumata görə, söhbət zamanı yeni tip korona virusuyla mübarizədə (Covid-19) əməkdaşlıq mövzuları, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

“Hürriyet”: İbrahim Kalın korona virusuyla əlaqədar gündəmi dəyərləndirdi

  Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın “Al Jazeera” qəzetində çıxan məqaləsində yazıb: "Hamımız etibarlı olmasaq, heç birimiz təhlükəsiz ola bilmərik. Heç bir bölgə, millət və ya ölkə üçün mədəni hiyerarxiya, iqtisadi toxunulmazlıq və xüsusi imtiyazlar yoxdur. Heç bir ölkə bu virus müharibəsi ilə təkbaşına mübarizə apara bilməz."

“Sabah”: Suriya rejimi cavabdeh olmalıdır

  Türkiyə Xarici İşlər Nazirliyi bildirib: “Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının İstintaq və Təyinat Qrupu tərəfindən açıqlanan ilkin hesabata görə, 2017-ci ildə Suriyanın Ltamenah şəhərində 3 kimyəvi silahlı hücumun yerli hökumət tərəfindən edildiyi bəlli olub. Uşaq-böyük demədən 9 ildir öz vətəndaşlarını qətledən Suriya hökuməti bunun cavabını verməlidir”.

“Star”: NATO-nun Belçikadakı SHAPE Qərargahında Türkiyənin yardımları üçün təşəkkür edildi

  Yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizə çərçivəsində Türkiyənin xarici ölkələrə uzatdığı yardım əli təqdir olunmağa davam edir. Belçikanın Mons şəhərində NATO-nun Avropa Müttəfiq Qüvvələri Ali Qərargahında (SHAPE) “Covid-19” epidemiyasıyla mübarizə çərçivəsində Bosniya Herseqovinaya göndərdiyi tibbi vəsaitə görə Türkiyəyə təşəkkür bildirilib.

“Haber Türk”: Bal ixracatından 6,9 milyon dollar gəlir əldə edildi

  Türkiyədən ilin ilk rübündə 38 ölkəyə olunan bal ixracatı keçən ilin eyni dövrünə görə 9 faiz artaraq 6 milyon 921 min 120 dollara çatıb. Ən böyük alıcılar Almaniya, Səudiyyə Ərəbistanı, ABŞ, Küveyt və Avstriya olub.



Әlaqәli Xәbәrlәr