Türkiyə mətbuatı, 6 aprel 2020

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1391872
Türkiyə mətbuatı, 6 aprel 2020

"Vatan": Türk alimləri koronavirusu 15 saniyədə öldürən bir cihaz hazırladılar
İstanbuldakı Maltepe Universitetində kvant araşdırmaları aparan Prof. Afif Sıddıki və komandası koronavirus epidemiyası ilə mübarizədə əhəmiyyətli bir dizayn hazırladı. "Covid-19" virusunu 15 saniyədə ultrabənövşəyi şüalanmadan istifadə edərək öldürən üç ayrı cihazı inkişaf etdirən elm komanda, istehsal olunan ilk cihazların tibb işçiləri üçün istifadəsini təmin edəcək.
"Yıldız": Koronavirusun müalicəsində istifadə ediləcək yerli dərmanların ilk hissəsi Səhiyyə Nazirliyinə təhvil verildi 
"Abdi İbrahim İdarə heyətinin sədri Nezih Barut koronavirus xəstələrinin müalicəsində istifadə ediləcək dərmanların Səhiyyə Nazirliyinə ödənişsiz təhvil verildiyini açıqladı. Barut 'İlk dərman dəsti 70 min qutudur. 15 apreldə isə daha 90 min qutu olan istehsal edəcəyik. Xammal olacağı müddətdə Səhiyyə Nazirliyinin ehtiyacı qədər olduğu qədər, biz də istehsal edib onlara təhvil verəcəyik" dedi.
"Yeni Şafak": İspaniya Türkiyənin yardımlarına minnətdar
Dünyada tüğyan edən koronavirus epidemiyasından ən çox təsirlənən İspaniyaya bütün çağırışlara baxmayaraq Avropa ölkələrindən bir dənə də olsun maska göndərilmədi. Türkiyə isə hər zaman olduğu kimi yardım çağırışlarına laqeyd qalmayaraq İspaniyaya bağlamaları doldurub tibbi vəsait göndərdi. İspaniyanın xarici işlər naziri Arancha Gonzalez Laya, comərdliyindən görə Türkiyəyə təşəkkür etdi.
"Hürriyet": "Turkish Cargo" sağlam bir dünya üçün uçuşlarını davam edir
"Turkish Cargo" coğrafi üstünlüyü, güclü təchizatı və inkişaf strategiyası ilə dünyanın ehtiyac duyduğu məhsulları daşımağa davam edir. Son illərdə gücü davamlı olaraq artan qabaqcıl yük şirkəti, məhsulları, xüsusən də qida, əczaçılıq və tibbi məhsullar ilə dünyanın ayaqda qalmasına öz töhfəsini verir. "Turkish Cargo" koronavirus ilə mübarizə prosesindəki ən dəyərli gücü kimi bu imkanlarını dünyanın xidmətinə təqdim edir.
"Haber Türk": Türkiyənin meyvə və tərəvəzlərinə tələb artdı
Türkiyənin əhəmiyyətli əkinçilik istehsal mərkəzləri Mersin, Hatay və Adana vilayətləri yanvar-mart dövründə təzə meyvə tərəvəzdə reallaşdırdığı ixracla 2020-ci ilin ilk dörddə birinə sürətli qədəm qoydu. Türkiyənin təzə meyvə tərəvəz ixracının 50 faizdən çoxunu həyata keçirən Mersin, Hatay və Adana yanvar-mart dövründə 335 milyon 352 min 103 dollarlıq ixracla keçən ilin müvafiq dövrü ilə müqayisədə 25,29 faiz artım qeydə alındı.



Әlaqәli Xәbәrlәr