Türkiyə mətbuatı, 3 aprel 2020

“Hürriyet”, “Vatan”, “Sabah”, “Star” və “Haber Türk” bu gün nələrdən yazır?

1390428
Türkiyə mətbuatı, 3 aprel 2020

 

“Hürriyet”: Ərdoğan korona virusuna qarşı mübarizə ilə bağlı mesaj paylaşdı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “twitter” hesabından mesaj paylaşaraq yeni tip korona virusu (Covid-19) ilə mübarizədə Türkiyənin səhiyyə infrastrukturunun personal, dərman, təchizat və reanimasiya baxımından bir çox ölkəyə nisbətən çox yaxşı vəziyyətdə olduğunu vurğulayıb: "Səhiyyə infrastrukturumuzun gücü ilə korona virusuyla mübarizə kimi çətin bir prosesin öhdəsindən gələcəyimizə ümid edirik"

“Vatan”: 88 ölkə Türkiyədən tibbi avadanlıq dəstəyi istəyib

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca korona virusu ilə mübarizə üçün 88 ölkənin Türkiyədən tibbi avadanlıq istədiyini bildirib.

  Nazir Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge ilə video-konfrans yoluyla danışıb. Müzakirələrdən sonra F.Koca və H.Kluge Türkiyə ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə bölgəsi arasında 2020 və 2021-ci illəri əhatə edəcək iki illik iş birliyi müqaviləsi bağlayıblar.  

“Sabah”: Koronavirusa qarşı peyvəndləmə işlərilə bağlı nazir Mustafa Varankın açıqlamaları

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank korona virusuna qarşı peyvəndlə əlaqədar virtual-konfransda mühüm açıqlamalar verərək deyib: “14 fərqli peyvənd və dərman inkişafı layihəmizin üzərində 40 qurumdan yüzlərlə tədqiqatçı çalışır”.

“Star”: Türkiyəyə təşəkkür etdilər: “Bunu heç zaman unutmayacağıq"

  Avropa Parlamentinin (AP) Türkiyə üzrə nümayəndəsi Naço Sançez Amor (Nacho Sanchez Amor) yeni tip korona virusu (Covid-19) epidemiyasıyla mübarizə çərçivəsində Türkiyənin İspaniyaya göndərdiyi tibbi avadanlığa görə “Göstərdiyiniz həmrəyliyi heç zaman unutmayacağıq” dedi.

“Haber Türk”: Avtomobil satışları ilin ilk rübündə 41 faiz artıb

  Türkiyənin avtomobil və yüngül ticarət maşınları bazarında 2020-ci il mart ayının sonunda satış bir əvvəlki ilin eyni dövrülə müqayisədə 40,62 artaraq 124 min 403 ədəd olub. Birinci rübdə avtomobil satışı 44,79, yüngül ticari maşınları isə 26,03 faiz artıb. Mart ayında ümumi bazarda satış korona virusu epidemiyası səbəbindən son 2 həftə ərzində, istehsalın dayandırılmasına baxmayaraq, 1,6 faiz artaraq 50 min ədədə çatıb.



Әlaqәli Xәbәrlәr