Türkiyə mətbuatı, 31 mart 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1388133
Türkiyə mətbuatı, 31 mart 2020

“Vatan”: Prezident Erdoğandan milli həmrəylik kampaniyası

Prezident Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (Covid-19) qarşı mübarizə çərçivəsində “Biz bizə yetərik Türkiyəm” deyərək başladılan Milli Həmrəylik Kampaniyası üçün Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin yardım hesabının açıldığını bildirib. Türkiyənin səhiyyə infrastrukturunun digər ölkələrə nisbətən olduqca yaxşı vəziyyətinə diqqət çəkən Ərdoğan “Hər ehtiyacımızı özümüz ödəyə bilərik” deyə əlavə edib.

“Star”: Koronavirusun müalicəsində Türkiyədən mühüm addım

Tokat şəhərində yerləşən Gaziosmanpaşa Universitetinin Mühəndislik və Təbiət Elmləri Fakültəsi, Biomühəndislik Bölməsində koronavirusun test dəstində istifadə üçün yerli və milli fermentlər istehsal edilib. Universitet rektorunun köməkçisi və Biomühəndislik Bölməsinin müəllimi professor İsa Gökçe Çindən gələn koronavirusun test dəstlərində 30-40 faiz yanılmanın olduğunu vurğulayıb. Bildirib ki, yerli və milli istehsalın məhsulu olan fermentlərlə hazırlanacaq dəstlərdə 99,99 faiz doğru nəticə əldə etmək mümkündür.

"Sabah": "BVF elan etdi! Türkiyə kömək istəyən ölkələr arasında yoxdur
Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa direktoru Poul Tomsen Avropanın böyük iqtisadiyyatlarında koronavirus səbəbindən iş yerləri bağlandığı üçün ümumi daxili məhsulda 3 faiz azalma olduğunu söylədi. Tomsen Türkiyənin kömək istəyən ölkələr arasında olmadığını ifadə etdi. Koronavirusun dünya iqtisadiyyatına vurduğu ziyan artmaqda davam edərkən, 81 ölkə BVF-dən maliyyə yardımı istədi.
"Haber Türk": Koronavirus iş rejimini artırdı, işə qəbul yarışına başlandı
Koronavirüs epidemiyası səbəbiylə dünya daxilində bir çox şirkət və işçiləri gələcək qayğısı keçirərkən, Türkiyədə bəzi firmalar özlərinə artan tələbə cavab verməkdə çətinlik çəkir. Xüsusilə marketlər epidemiyanın başlaması ilə həm mağazada, həm də onlayn satışlarda ciddi artımlar yaşadı. "Migros" və "Şok" mağazaları işçi qəbul edəcəyini elan etdi. "Migros" min, "Şok" mağazası isə 5 min adamı işə götürəcəyini açıqladı.
Yeni Şafak": "Pilotsuz uçuş aparatlarında və pilot sayında rekord artım
Türkiyədə pilotsuz uçuş aparatı (PUA) və pilot sayında rekord artım oldu. 2019-cu ilin sonuna qədər olan dövrə qədər PUA sayı 34 min 150-yə, pilot lisenziyasına sahib olanların sayı isə 52 min 120 nəfərə çıxdı. Çəkisi 500 qram və ya daha ağır PUA satanların, alanların, idxal edənlərin və uçan şəxslərin sistemdə qeydiyyatda olmaları  məcburdur.



Әlaqәli Xәbәrlәr