Türkiyə mətbuatı, 27 mart 2020

“Yeni Şafak", “Hürriyet”, “Haber Türk", “Sabah" və “Star” bu gün nələrdən yazır?

1385937
Türkiyə mətbuatı, 27 mart 2020

 

“Yeni Şafak": Ərdoğan “Qlobal iqtisadiyyatda etibarı artırmaq üçün hərəkətə keçməliyik" dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni tip korona virusuyla əlaqədar təşkil edilən G-20 fövqəladə iclasına video-konfrans yoluyla qatılaraq çıxışında bunları söyləyib: "Qlobal maliyyə böhranı dövründə təcili hərəkətə keçməliyik. Heç birimizin qoruyucu və təktərəfli siyasət tətbiqi planı yoxdur. Bəşəriyyət rahat nəfəs alana qədər bütün ölkələri ədalətli şəkildə bu qlobal sağlıq böhranıyla mübarizəyə çağırıram."

“Hürriyet”: Beynəlxalq həmrəylik olmazsa, olmaz

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altın korona virusu ilə mübarizəyə dair deyib: “Dünyada təsir etmədiyi yer qoymayan bu ölümcül virusla mübarizə qarşısında beynəlxalq həmrəylik vazkeçilməzdir. Bu virusun ölkələrin qlobal əməkdaşlığına kölgə salacaq yeni məhdudlaşdırmalara itələməsinə razı olmamalıyıq.”

“Haber Türk": Xarici İşlər Nazirliyi Yunanıstana reaksiya verdi

  Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasında təməl qayda və ədalətli sərhəd qanununu saymayan Yunanıstanın gündəmə gətirdiyi dəniz səlahiyyət iddialarının beynəlxalq hüquqa zidd olduğunu bildirdi.

“Sabah": Dünya ölkələrinin Türkiyədən sabun tələbi artdı

  Bütün dünyanı təsiri altına alan korona virusu epidemiyası başlayandan xarici ölkələrin Türkiyədən sabun tələbi artıb. Karibdən Kuba və Rusiya, Latın ölkələrindən Sibirə qədər dünyanın 40-dan çox ölkəsinin sabun ehtiyacını Türkiyənin Aydın rayonu qarşılayır.

“Star”: Türkiyə ilə Çin arasında nəhəng müqavilə imzalandı

  Türkiyə Varlıq Fondu (TVF) ilə Çin İxracat və Kredit Sığortası Təşkilatı (Sinosure) iki ölkə arasındakı iqtisadi, ticari və sərmayə əməkdaşlığını artırmaq üçün 5 milyard dollar məbləğində ümqavilə sənədinə imza atdılar.



Әlaqәli Xәbәrlәr