Türkiyə mətbuatı, 26 mart 2020

“Yeni Şafak”, “Vatan”, “Sabah”, “Hürriyet” və “Star” bu gün nələrdən yazır?

1385220
Türkiyə mətbuatı, 26 mart 2020

 

“Yeni Şafak”: Dünyanın 69 ölkəsi Türkiyədən kömək istədi, 17 yardım göndərildi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan korona virusu tədbirləri çərçivəsində xalqa xitab edərək deyib:

  "Vətəndaşlarımızdan tək xahişimiz budur: qarşıdakı ağır günlərdə xəstəliyin yayılma prosesini qırmaq üçün ümumi qaydalara dəqiq riayət edin. Bununla ən qısa zamanda normal həyatımıza dönə bilərik. Hər bir vətəndaşımızın canı bizim üçün xüsusi əhəmiyyətlidir. Bunun üçün bir daha “Evdə qal, Türkiyə” deyirik.

  Dünyanın 69 ölkəsi Türkiyədən kömək istəyib, 17-sinə mümkün olan yardımı etdik."

“Vatan”: Nazir yaxşılaşan xəstələrin sayını açıqladı

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca Türkiyədə korona virusundan yaxşılaşanlarla bağlı məlumat verərək deyib: "Bir xəstəmiz 65 yaşında 8 gün reanimasiyada qaldı, martın 24-ündə xəstəxanadan evinə buraxıldı. Bir xəstəmiz isə 60 yaşında idi, o da 25 martda çıxdı. Türkiyədə yaxşılaşan xəstələrin sayı 26-dır".

“Sabah”: Albayrak “Bütün firmalarımızla başlayırıq” dedi

  Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak sosial media üzərindən korona virusu tədbirləri ilə bağlı yazıb: "İqtisadi Sabitlik Qalxanı çərçivəsində bütün sektorlarımız və bütün firmalarımız üçün ictimai banklar və iştirakçı maliyyə qurumlarımızla birlikdə “İşə davam dəstəyi” (İş'e Devam Desteği) təşəbbüsünü həyata keçiririk.

“Hürriyet”: "Turkish Cargo” artırılmış həcmi ilə səhiyyə məhsullarını Türkiyəyə çatdırır

  Təsiri qlobal, ancaq mübarizəsi milli olan bu çətin korona virusu panepidemiyası dövründə “Turkish Cargo” ehtiyac duyulan dərman və tibbi avadanlığı bütün dünyadan Türkiyəyə və Türkiyədən də ehtiyacı olan ölkələrə çatdırmaqda körpü vəzifəsini icra edir. “Turkish Cargo” bu çərçivədə Çində hazırlanan və 15 dəqiqədə virusu təsbit edən avadanlıqları Türkiyəyə gətirib.

“Star”: İlk dərman sınağı ABŞ-da başlandı

  ABŞ-ın Nyu-York şəhərində korona virusuna qarşı mübarizədə təsirli olacaq dərmanı istifadəyə verib.



Әlaqәli Xәbәrlәr