Türkiyə mətbuatı:25 mart 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1384476
Türkiyə mətbuatı:25 mart 2020

 

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Haber Türk'': Prezident Ərdoğandan koronavirusla bağlı açıqlama.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı açıqlama verib. Türkiyə prezidenti Nazirlər Kabineti üzvlvri ilə telekonfrans vasitəsilə keçirdiyi görüşü bölüşüb. Şəxsi ''Twitter'' səhifəsi vasitəsilə açıqlama verən dövlət başçısı bildirib ki,bütün qurumların koronavirusla mübarizə çərçivəsində apardığı fəaliyyətləri yaxında izləyirəm.


''Hürriyet'': Milli imkanlarla hazırlanacaq peyvənd ilə bağlı hərəkətə keçilib.


Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca yeni növ koronavirusa qarşı  peyvənd hazırlamaq üçün hərəkətə keçdiklərini bildirib.

Nazir Koca deyib: ''Nazirliyimizin  Peyvənd İnstitutu  Covid-19 əleyhinə peyvənd hazırlamaq üçün hərəkətə keçib. Bu çərçivədə göstərilən elmi səyləri dəstəkləyəcəyik. Maliyyə Nazirliyi bununla bağlı vəsait ayırmağa hazırdır''.

 

''Sabah'':Elmi Komitənin üzvü Yamanel: ''Pasientlər sürətlə sağala bilərlər''

Səhiyyə Nazirliyinin Koronavirusla bağlı Elmi Komitəsinin üzvü Levent Yamanel  Çindən gətirilən dərmanların koronavirusa yoluxan xəstələrə tətbiq edilməyə başlandığını bildirib. Yamanel deyib: ''Biz indi istifadə etməyə başlamışıq. Bu dərmanlardan istifadə etdikdən sonra  pasientlər daha sürətli şəkildə yaxşılaşa bilər. Bunun təsirli bir dərman olduğunu bilirik. "
 

''Yeni Şafak'':Türkiyəli  alimlərinin hazırladığı diaqnostik dəst 10-20 dəqiqə ərzində nəticə verir

Ankarada bir biotexnologiya şirkəti tərəfindən hazırlanan diaqnostik dəstlər 10 ilə 20 dəqiqə ərzində  nəticə verir. Müxtəlif ölkələrə xüsusən Rumıniyaya dəst hazırladıqlarını və göndərdiklərini ifadə edən tədqiqatçı doktor və genetik mühəndis Senem Şimşek diaqnostika dəstini Avropa ölkələrinə və Yaxın Şərq ölkələrinə göndərdiklərini qeyd edib.



''Star'': "Milli Müdafiə Nazirliyində koronavirus mərkəzi yaradılıb.

Türkiyənin Milli Müdafiə Nazirliyində qərargahlarda epidemiya ilə bağlı fəaliyyətlərin edarə edildiyi və izləndiyi koronavirusla mübarizə mərkəzi yaradılıb. Milli müdafiə naziri Hulusi Akar deyib:  ''Əsgərlərimizin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görürük. İndiyədək  heç bir yoluxma halı qeydə alınmayıb. Bunda sonra da olmaması üçün vəzifələrimizi yerinə yetirəcəyik''.



Әlaqәli Xәbәrlәr