Türkiyə mətbuatı: 24 mart 2020

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1383731
Türkiyə mətbuatı: 24 mart 2020

 

''Haber Türk'': Türkiyədəki həmrəyliyin dünyada başqa bir nümunəsi yoxdur

Səhiyyə naziri  Fəxrəddin Koca  Türkiyənin koronavirusa qarşı amansız mübarizə apardığını deyib. O, Türkiyədəki həmrəyliyin dünyada başqa bir nümunəsinin olmadığını bildirib. Koca deyib: ''Türkiyə çox doğru siyasət yürütdü. Sosial psixologiyaya əhəmiyyət verdi. Risk sahəsini daraltdı. Müalicə olunan xəstələrimizin sayı çoxdur''.

''Sabah'': Nazir Fəxrəddin Koca gənclərə çağırış edib

Səhiyyə naziri Fəxrəddin  Koca  gənclərə  koronavirusla əlaqədar  evdə qalmaları ilə bağlı  çağırış edib.

Bu barədə Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb. O,  deyib:''Həyat demək, hərəkət deməkdir. Ancaq bir müddət evdə qalmalısınız. Azadlıq evimizdədir''.

 

''Hürriyet'': Türkiyəyə gələn turistlər geri qayıdmaq istəmir

Koronavirus epidemiyası turizm sektoruna mənfi təsir göstərib. Başqa ölkələrlə müqayisədə  Türkiyənin yaxşı vəziyyətdə olduğunu bildirən türkiyəli turizmçilər ölkəyə gələn turistlərin geri qayıtmaq istəmədiyini söyləyirlər.


''Yeni Şafak'': Suriyalı həkimlər: ''Virusla mübarizədə Türkiyəyə dəstək olmaq istəyirik''

Ölkələrindəki vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə sığınan və Qaziantepdə yaşayan suriyalı 100 həkim  koronavirusa qarşı aparılan mübarizəyə  dəstək olmaq istədiklərini ifadə etdilər. Suriyalı həkimlərin nümayəndəsi Mustafa Lulik deyib: ''2011-ci ildən bəri Türk qardaşlarımız bizə qonaqpərvərlik göstərdi. Buna cavab olaraq Türkiyə torpaqlarında yaşayan bütün insanlara kömək etmək istəyirik''.

''Vatan'': Mart ayında istehlakçı güvən indeksi artdı

Mart ayında istehlakçı güvən indeksi keçən il ilə müqayisədə 1,7% artıb. Fevral ayında 57.3 % olan indeks, mart ayında 58.2 % olub.



Әlaqәli Xәbәrlәr