Türkiyə mətbuatı: 23 mart 2020

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1383045
Türkiyə mətbuatı: 23 mart 2020

 

''Hürriyet'': Prezident Ərdoğan koronavirusla bağlı vətəndaşlara çağırış edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla bağlı  vətəndaşlara evdə qalmaları ilə bağlı çağırış edib.

Rəcəb Tayyib  Ərdoğan  vətəndaşlardan zəruri hallar istisna olmaqla evdən çıxmamalarını istyib. Türkiyə prezidentinin çağırışı vətəndaşlara səsli mesaj olaraq göndərilib.
 

''Vatan'': Fəxrəddin Altun: ''Dezinformasiya xarakteri daşıyan xəbərlər də Covid-19 kimi ictimai sağlamlığı təhdid edir"

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun koronavirusla bağlı yayılan həqiqəti əks etdirməyən xəbərlərin virus kimi təhlükəli olduğu bildirib və bununla bağlı  videoçarx bölüşüb.

 

''Sabah'': Türkiyə Qərb ölkələrinə quru yolu ilə42 milyard dollar məbləğində ixrac həyata keçirib.
Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin rəhbəri  Fatih Şener  Türkiyənin Qərb ölkələrinə quru yolu ilə ildə  42 milyard dollar məbləğində ixrac həyata keçirdiyini deyib.
''Haber Türk'': "Türkiyə meyvə-tərəvəz ixracını 27,6 % artırıb

Türkiyə 1 yanvar-19 mart aylarında meyvə-tərəvəz ixracını keçən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artırıb. Bu çərçivədə əldə edilən gəlir  581 milyon dollar təşkil edib.
 

''Star'': "Türkiyənin bərəkətli torpaqlarında yetişən məhsullar ölkə iqtisadiyyatına öz töhfəsini verir
Türkiyənin bərəkətli torpaqlarında yetişən və müxtəlif sektorlarda istifadə edilən dəfnə, kəklikotu, buynuzcuqlu seratoniya ,rozmarin, şabalıd və adaçayı kimi tibbi və aromatik bitkilərin ixracı iqtisadiyyata töhfə verir. Ötən il bu məhsulların ixracından 160 milyon dollar gəlir  əldə edilib.



Әlaqәli Xәbәrlәr