Türkiyə mətbuatı, 9 mart 2020

“Hürriyet”, “Star”, “Sabah”, “Haber Türk” və “Vatan” bu gün nələrdən yazır?

1374680
Türkiyə mətbuatı, 9 mart 2020

 

“Hürriyet”: Ərdoğandan Yunanıstana çağırış: “Sən də qapılarını aç!"

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Mart Dünya Qadınlar Günü münasibətilə İstanbulun Haliç Konqres Mərkəzində təşkil edilən “Türkiyənin qəhrəman qadınları” proqramında etdiyi çıxışında Yunanıstana səslənərək dedi: "Biz qapıları açdıq, sən də aç, getsinlər digər Avropa ölkələrinə. Sizə “Bu, belə gedərsə, qapıları açacağıq” dedik, inanmadınız. Ədalətli bir yük paylaşması istəyirik. Biz buna ortaq yollar axtarırıq. Bizdə hələ 3,5 milyon mühacir var, 1,5 milyon da qapımıza söykənib."

“Star”: Türkiyənin korona virusuna qarşı mübarizəsi dünyaya nümunə oldu: 26 ölkə Türkiyədən kömək istədi

  Türkiyədə uğurla icra edilən yeni tip korona virusu (Covid-19) epidemiyası ilə aparılan mübarizə bir çox ölkə tərəfindən yaxından izlənilir. Bu çərçivədə ölkələr Səhiyyə Nazirlikləri və paytaxt Ankaradakı səfirliklər vasitəsilə məlumat və təcrübə mübadiləsi aparır, vəsait köməyilə bağlı ortaq işlər görürlər. Amerika Birləşmiş Ştatları, İngiltərə, İtaliya, İran başda olmaqla 26 ölkə Türkiyə ilə əməkdaşlıq istəyib.

“Sabah”: İstanbula 1,5 milyon turist gətirəcək “Galataport” layihəsilə bağlı işlər sona yaxınlaşdı

  Galataport Kruvaziyer Liman Layihəsi işləri sonlanmaqdadır. Aprel ayında ilk kruvaziyer gəmisinin yanaşmasını planlayan layihə ilə ildə 1,5 milyon sərnişinin qarşılanması gözlənilir.

“Haber Türk”: İstanbul Havalımanından qış dövründə 15 milyon sərnişin istifadə edib

  Dekabr, yanvar və fevral aylarını əhatə edən qış dövründə 101 min 285 daxili və xarici xətt səfərlərinin edildiyi İstanbul Havalımanından 15 milyon 159 min 968 sərnişin keçib. Bu dövrdə edilən səfərlərin 24 min 227-i daxili, 77 min 58 isə xarici xətlərlə olub.

“Vatan”: Türkiyədən sığınmaçı uşaqlara peyvənd

  Ədirnə şəhərindən Avropa xəyall ilə yola çıxan mühacir ailələrin uşaqlarına peyvənd edilib. Pazarkule Sərhəd Qapısı tampon bölgəsində gözləyən qaçqın ailələr Ədirnə Səhiyyə İdarəsi səlahiyyətliləri tərəfindən məlumatlandırılıb. Sığınmaçı ailələrin 15 yaşa qədər olan uşaqlarına qızılca və uşaq iflicinə qarşı peyvənd vurulub.



Әlaqәli Xәbәrlәr