Türkiyə mətbuatı, 05 mart 2020

Türkiyə mətbuatında ölkə və dünya gündəminə dair əks edən xəbərlərin xülasəsini təqdim edirik.

1372254
Türkiyə mətbuatı, 05 mart 2020

“Hürriyet”: Prezident Ərdoğandan Yunanıstana xəbərdarlıq

Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup iclasında etdiyi çıxışında Yunanıstan və Avropa İttifaqına sərt reaksiya verib. Miqrantların ölkəyə daxil olmalarının qarşısını almaq üçün Yunanıstana 700 milyon avro yardım vəd edən Avropa İttifaqının 10 ildən bəri 4 milyon qaçqına ev sahibliyi edən Türkiyəyə belə bir dəstəyinin olmadığına diqqət çəkən prezident İttifaqı ikiüzlü siyasət izləməkdə ittiham edib.

“Sabah”: Çavuşoğlu "Avropa İttifaqı nümayəndəsinə daha vaxtı gəlib çatdı" deyərək reaksiyasını bildirib

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Avropa İttifaqının Ali Nümayəndəsi Cozef Borrel ilə görüşü zamanı : “İttifaq miqrantlar ilə əlaqəli lazımlı addımları atmalı və Türkiyəyə verdiyi vədlərə əməl etməlidir. Daha bunun vaxtı gəlib çatmışdır.

“Star”: Alman jurnalının müəllifi: “Yeganə yol prezident Ərdoğana dəstək olmaqdır”

Almaniyanın “Der Spiegel” jurnalının yazıcılarından Maksimilian Popp qələmə verdiyi məqalədə Avropa İttifaqının İdlibdə Ərdoğana dəstəyinin əhəmiyyətinə  toxunub və  qaçqınların problemlərini yüngülləşdirmənin yeganə yolunun bundan asılı olduğunu vurğulayıb.

“Vatan”: Suriya sərhəddindəki təpənin üstündə daşdan nəhəng Türkiyə bayrağı düzəldilib

Hatay vilayətinin Reyhanlı qəsəbəsinin Suriya sərhəddində yerləşən Cüdeydə kəndinin sakinləri, Türkiyə Silahlı Qüvvələrinin başlatdığı “Bahar Qalxanı” əməliyyatına dəstək məqsədiylə kənd ilə eyni ada sahib olan hündür bir təpənin üzərində 6 min ədət səki daşı   ilə  nəhəng Türk bayrağı düzəldiblər.

“Yeni Şafak”: Türkiyədən neftə alternativ

Gəbzə Texniki Universitetinin Mühəndislik Fakültəsinin Enerji Sistemləri Bölümündə Müəllim Dr. Ərcan Özdəmir, Koreyanın qabaqcıl Texnologiya və Elm İnstitutu tədqiqatçılarının əməkdaşlığı ilə istixana qazlarını sintetik maye yanacağına çevirə biləcək bir katalizator hazırladı.



Әlaqәli Xәbәrlәr