Türkiyə mətbuatı, 24 fevral 2020

Türkiyə mətbuatında gündəmə dair əks edən mövzuların xülasəsini diqqətinizə çatdırırıq.

1364929
Türkiyə mətbuatı, 24 fevral 2020

“Star”: Prezident Ərdoğan : “Ümumdünya Türkiyənin sahib olduğu gücün idrakında”.

 Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin güclü ölkə olduğuna diqqət çəkib. İqtisadi, hərbi, siyasi və mədəni baxımdan mövcudluğunu bir çox ölkədə davam etdirdiyini bildirib. Bunu xaricə səyahətləri zamanı müşahidə etdiyini ifadə edən prezident Türkiyənin həm masa başında, həm də sahədə söz sahibi olduğunun gözdən yayındırıla bilməyəcəyini vurğulayıb.

“Haber Türk”: Nazir Fatih Dönmez Türkiyənin haqqının taptalanmasına icazə verilməyəcəyini qeyd edib.

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz Şərqi Aralıq dənizində davam edən karbohidrogen axtarışı fəaliyyətlərinə dair münasibət bildirib. O: “Kıbrıslı Türklərin bölgədə haqq sahibi olduqları realdır. Bu haqqı qorumaq üçün Şərqi Aralıq dənizində karbohidrogen axtarışımız davam edəcək”.

“Sabah”: “ Kıbrıs Rum İcmasının lideri Anastasiadis-a dəstək verən ölkələr onu xilas edə bilməyəcəklər”.

Şimali Kıbrıs Türk Cümhuriyyəti Fransanın "Şarl De Qaull" hərbi gəmisinin Rum icmasındakı Limassol Limanında lövbər salmasına sərt reaksiya verib. Şimali Kıbrıs Türk Cümhuriyyətinin iqtisadiyyat və enerji üzrə naziri Həsən Taçoy mövzu ilə əlaqəli açıqlamasında:”Rum icmasının lideri və nazirlərinin Fransa hərbi gəmisini ziyarəti onların düşüncə və xəyyallarını göstəricisidir. Rum liderin sərgilədiyi bu hərəkət Türkiyənin və Türk əsgərinin kıbrısda olmağının əhəmiyyətini bir daha göz önünə sərir”.

“Yeni Şafak”: Almaniyada minlərlə Türk irqçi hücumları lənətlədi

19 fevralda Hessen əyalətinin Hanau şəhərində iki kafəyə təşkil edilən və 4-ü Türk olmaqla 10 nəfərin həyatını itirdiyi silahlı hücumdan sonra Almaniyadakı Türklər küçələrə axışaraq irqçiliyi lənətlədilər. Nümayişə Almaniyanın başqa şəhərləri və Avropanın müxtəlif ölkələri başda olmaqla Türkiyədən də minlərlə insan qatıldı.

“Hürriyet”: Türk Hava Yolları (THY) turizm yönümlü uçuşlarını artırır.

THY bu ilin yay mövsümündə Antalya başda olmaqla , İzmir, Dalaman və Bodruma reys sayını artıracaq. Elə ki bu mərkəzlərə həftədə 98 uçuş reallaşdırılacaq.

 



Әlaqәli Xәbәrlәr