Türkiyə mətbuatı, 28 yanvar 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1348473
Türkiyə mətbuatı, 28 yanvar 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

“Yeni Şafak”: AFAD-ın sədri açıqladı: “Dağıntıların altındakı son vətəndaşın cansız bədəni çıxarıldı”

Fövqəladə Hallar və Təcili Yardım İdarəsinin (AFAD) sədri Mehmet Güllüoğlu Elazığda baş verən zəlzələdə dağıntılar altındakı son vətəndaşın cansız bədəninin çıxarıldığını bildirdi. Zəlzələ nəticəsində həlak olanların sayı bununla da 41 nəfər oldu.

“Sabah”: Ərdoğan: “Liviya üçün yol xəritəsi artıq məlumdur”

Prezident Rəcəb Tayyib Ərdoğan üç ölkəni ehtiva edən Afrika səfərinin ilk dayanacağındakı görüşlərini başa çatdıraraq Əlcəzairdən Qambiyaya keçərkən təyyarədə jurnalistlərlə söhbətində Liviyadakı vəziyyəti qiymətləndirdi. Ərdoğan “Yol xəritəsi artıq məlumdur. BMT daxilində, beynəlxalq legitimliyi olan hökumətin rəhbərliyində atəşkəsin dərhal tətbiq olunması və siyasi prosesin inkişaf etdirilməsi vacibdir” dedi.

“Star”: “ALO” qüllədə yerli və milli dövr”

Müdafiə sənayesi sahəsindəki kritik texnologiyaların sivil sektorda istifadə edilməsi üçün ilk addımlardan birini Dövlət Hava Meydanları İdarəsi atdı. Türkiyə Silahlı Qüvvələri üçün istehsal olunan “IP” əsaslı yerli və milli səs xəbərləşmə sistemi 11 hava limanında istifadə olunmağa başlandı.

“Habertürk”: Turizmçilərdə erkən rezervasiya sevinci

Turizm iş qolu erkən rezervasiyadakı fəallıqla bu il yeni bir rekordun siqnalını verir. Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) İdarə heyəti üzvü Tolga Gencer “Erkən rezervasiya üçün ciddi fəallıq müşahidə olunur. Keçən sezon tətilə gələnlərin 40 faizi erkən rezervasiyadan istifadə etmişdi. Bu sezon da eyni rəqəmə çatılacağına ümid edirik” dedi.

“Hürriyet”: Prezident Ərdoğanın Kobe Brayant paylaşması

Prezident Rəcəb Tayyib Ərdoğan helikopter qəzasında həyatını itirən əfsanə basketbolçu Kobe Brayant üçün sosial şəbəkədəki paylaşmasında “Saysız idmançıya basketbolu sevdirən əfsanə Kobe Brayantın vəfatından dərin kədər duyuram. Basketbolsevər biri və Türkiyə Cümhuriyyəti Prezidenti olaraq ailəsinə və sevənlərinə dərin kədərlərimi və başsağlığı diləklərimi çatdırıram” dedi.



Әlaqәli Xәbәrlәr