Türkiyə mətbuatı, 22 yanvar 2020

Türkiyə mətbuatında gündəmə dair əks edən xəbərlərin xülasəsini təqdim edirik.

1345114
Türkiyə mətbuatı, 22 yanvar 2020

Hürriyet: “XİN Çavuşoğlu Avropa İttifaqını region ölkələrə verdiyi vədlərə  əməl etməyə çağırdı”.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, dünən İsveçrənin Davos qəsəbəsində keçirilən “Qərbi Balkanlar Diplomatik Dialoq Yığıncağında” verdiyi açıqlamada Türkiyənin Balkanlarda sabitliyin hökm sürməsinə və bu ərazilərdə yaşayanların əmin-amanlığına üstünlük verdiyini vurğulayıb və Avropa İttifaqının region ölkələrə verdiyi vədlərə əməl etməsinin vacib olduğuna diqqət çəkib.

Xəbər Türk: “Rusiya Müdafiə Naziri Şoyqu, Milli Müdafiə Naziri Akar ilə görüşdü”

Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Milli Müdafiə Naziri Hulusi Akar arasında baş tutan telefon danışığında İdlib və Liviya başda olmaqla Yaxın Şərq və Şimali Afrikada cərəyan edən proseslər müzakirə olundu.

Sabah: “Nazir Varank İranın vitse-prezidenti Səttari ilə görüşdü”

Sənaye və Texnologiya naziri Mustafa Varank İranın Elm və Texnologiya işləri üzrə vitse-prezidenti Sorena Sattari ilə Nazirlikdə görüş keçirdi. Varank görüşdən sonra verdiyi açıqlamada: “Qarşılıqlı atılacaq addımlar ilə sənaye, texnologiya və elm sahələrində əməkdaşlığın inkişaf edəcəyinə və bunun isə Türkiyə və İrandan başqa regionda da rifahın artmasına töhfə verəcəyinə inanıram.

Star: “Türkiyə Afrikada mədən axtaracaq”

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz Türkiyənin mədən axtarma təcrübəsini Niger ilə bölüşmək istədiyini, bu səbəblə Nigerin ​​cənub-qərb ərazilərində yerləşmiş üç mədən sahəsində axtarış aparacaqlarını bildirib.

Yeni Şafak: “Çankırının qaya duzu Türkiyənin tibbi duz ehtiyacını təmin edir”

 Çankırıdakı 5000 illik Duz Mağarasından çıxarılan qaya duzu səhiyyə sektorunda istifadə edilir.



Әlaqәli Xәbәrlәr