Türkiyə mətbuatı, 14 yanvar 2020

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

Türkiyə mətbuatı, 14 yanvar 2020

“Star”: Moskvada Liviya məsələsinin müzakirəsi, Türkiyənin diplomatiya qələbəsi

Rusiyanın paytaxtı Moskvada keçirilən və bütün dünyanın diqqət mərkəzində olan Liviya müzakirəsindən müsbət nəticələr çıxdı. Xarici işlər naziri Mövlud Çavuşoğlu Liviyada atəşkəs üçün layihə mətni hazırladıqlarını söylədi. Mətni Milli Həmrəylik Hökumətinin baş naziri Faiz əs-Sərrac imzaladı. Qiyamçı Hafter tərəfi isə müddət tələb etdi.

“Vatan”: Prezident Ərdoğan Almaniyaya səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Berlin Konfransında iştirak etmək məqsədilə 19 yanvarda Almaniyanın paytaxtı Berlinə səfər edəcək.

Türkiyənin təşəbbüslərindən sonra Liviyada qəbul edilən atəşkəs və Şərqi Aralıq dənizindəki son vəziyyət konfransın əsas gündəm maddələrini təşkil edəcək.

Konfransın iştirakçı ölkələri atəşkəsin daimi hala gətirilməsi və Liviyadakı böhrana siyasi həll yolu tapılması çərçivəsində fikir mübadiləsi aparacaqlar.

“Haber Türk”: Kanal İstanbul xaricilərin diqqət mərkəzindədir

Nəqliyyat və infrastruktur naziri Cahit Turhan Kanal İstanbuldan keçəcək gəmilərdən alınacaq minimum illik xalis məbləğin 1 milyard dollara yaxın olduğunu bildirdi. Hollandiyalı, belçikalı və fransız firmaların Kanal İstanbul lahiyəsilə maraqlandıqlarını vurğulayan Turhan Kanal İstanbula nə üçün ehtiyac olduğunu şərh etdi. Turhan İstanbul boğazının beynəlxalq dəniz nəqliyyatında istifadə olunan bir su yolu olduğunu və sıx dəniz nəqliyyatına məruz qaldığını ifadə etdi.

“Yeni Şafak”: “12 aylıq cari artım 2 milyard 725 milyon dollar olub”

Cari əməliyyatlar hesabında 2019-cu ilin noyabr ayında 518 milyon dollar kəsir olsa da  son açıqlanan məlumatlarla yanaşı 12 aylıq cari artım 2 milyard 725 milyon dollar oldu. Səyahət iş qolundan əldə edilən xalis gəlirlər 2018-ci ilin noyabr ayı ilə müqayisədə 177 milyon dollar məbləğində artaraq 1 milyard 414 milyon dollara çıxdı.

 



Әlaqәli Xәbәrlәr