Türkiyə Mətbuatı- 06.Yanvar. 2020

Türkiyə mətbuatında əks edən bəzi mövzuların xülasəsini diqqətinizə çatdırırıq.

1335183
Türkiyə Mətbuatı- 06.Yanvar. 2020

 

 

Hurriyet: “ABŞ və İranf dialoq çağırışı”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İran generalı Qasim Süleymanini öldürməsi ilə iki ölkə arasında tarıma çəkilən gərginliyin yüngülləşdirilməsinə töhfə verəcək addımlar atılmalıdır. Bunu Prezident Əcəb Tayyıb Ərdoğan dünən gecə bir telekanala müsahibəsində deyib və bütün tərəflərin zərər çəkəcəkləri mərhələyə çatmazdan gərginliyi azaldacaq atılası addımların əhəmiyyətinə diqqət çəkib.

Sabah: “Çavuşoğlu Qətərli həmkarı ilə görüşdü"

Xarici işlər naziri Mevlut Çavuşoğlu, Qətər xarici işlər naziri Şeyx Məhəmməd İbn Abdurrahman Əl Sani ilə telefonda danışıb. Diplomatik mənbələrdən əldə edilən məlumata görə iki nazir arasında baş tutan telefon danışığında İran İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələri üzrə komandiri general Qasim Süleymaninin öldürülməsi müzakirə edilib.

Vətən: “Xarici İşlər Nazirliyi Liviyadakı müxalif qüvvəlirin hücumunu qınadı”

Türkiyə Liviyanın paytaxtı Trablusda Hafter qüclərinin Hərbi akademiyaya təşkil etdiyi hücumu pisləyib. Xarici İşlər Nazirliyi mövzu ilə bağlı açıqlama verib: “Hafter qüvvəlirinin Tripolidə hərbi akademiyaya hücumunu qınayır, həyatını itirən Liviyalılar  qardaşlarımızın  ailələrinə və ölkənin legitim rəhbərliyinə başsağlığı  verir,  yaralılara təcili şəfa diləyirik”-deyə   nazirliyin  açıqlamasında  vurğulanıb.

Star: “Suriyadan Türkiyəyə daxil olan iki terrorist təhlükəsizlik qüvvəlirinə təslim oldu.

Bu barədə Milli müdafiə nazirliyi məlumat yayıb. Bildirib ki, Suriyadakı terror düşərqələrindən ayrılaraq Türkiyə əraziylərinə daxil olan PKK / YPG üzvü iki terrorist Şanlıurfa-Surucda sərhəd polis məntəqəsinə təslim olub. Nazirliyin şərhində terror təşkilatı PKK-dan qaçışların artaraq davam etdiyinə diqqət çəkilib.

Yeni Şafak: “2019-cu ildə Türkiyənin Edirnə şəhərini ziyarət edən Bolqar və Yunan turist sayında rekord qırıldı”

Keçən il alış-veriş məqsədiylə şəhərə gələn Bolqar və Yunan turist sayı 2 milyon 736 min 865 nəfərə çatdı.

Edirnə Ticarət və Sənaye Palatasınının Başçısı Rəcəb Zıpkınkurt açıqlamasında 2019-cu  ilin   Edirnə üçün bərəkətli il olduğunu, şəhərin turizmdən 270 milyon Avro gəlir əldə etdiyini bildirib və 20020-də ən az 5 milyon Yunan və Bolqar turistə ev sahibliyi etməyi planlaşdırdıqlarını vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr