Türkiyə mətbuatı, 2 yanvar 2020

“Sabah”, “Hürriyet”, “Yeni Şafak”, “Vatan” və “Star” bu gün nələrdən yazır?

1333269
Türkiyə mətbuatı, 2 yanvar 2020

 

“Sabah”: Vitse-prezident Oqtaydan çox dəqiq Liviya və Şərqi Aralıq dənizi mesajı: “Oyunları pozmaq üçün oradayıq"

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay yanvarın 1-də gündəmə dair şərhlər verərək deyib: "Liviyada, Kiprdə nə işiniz var?” deyə soruşanlara səslənirəm ki, bizə qarşı oynanılan oyunları yıxmaq, pozmaq üçün oradayıq.

“Hürriyet”: Qonaq axını bir ildə 1,4 milyon turist oldu

  Burdurun Yeşilova qəsəbəsində yerləşən, ağ qumlu, füruzəyi-mavili, “Türkiyənin Maldivleri” adlanan Salda gölü ötən il turist rekordu qırıb. Burdur bələdiyyə sədri Həsən Şıldakın söylədiyinə görə, 2019-cu ildə Salda gölünə 1 milyon 400 min adam gəlib.

“Yeni Şafak”: THY-dən 4 yeni xarici xətt müjdəsi: bütün müddətlər tamamlandı

  Türkiyə Hava Yolları (THY) İdarə Heyətinin sədri İlker Aycı şirkətin 2020-ci ildə də uçuş şəbəkəsini genişləndirməyə yönəldiklərini bildirərək: "Bununla bağlı Malabo (Ekvator Qinesi), Haneda (Yaponiya), Nevark (ABŞ) və Vankuveri (Kanada) xəttlərilə bağlı bütün hazırlıq prosesləri və müddətlərini tamamladıq", - deyib.

“Vatan”: Türkiyənin admiral gəmisi milli proqramla təchiz edilir

  Türkiyənin ən böyük döyüş gəmisi olacaq “TCG Anadolu”ya dünyanın ən yaxşı hərbi rəhbərlik sistemlərindən olan “Advent”in inteqrasiyası başlandı.

“Star”: Türkiyə yeməkləri Cənubi Koreyada çempion oldu

  Cənubi Koreyanın paytaxtı Seulda təşkil edilən “İnternational Top Chef Grand Prix” beynəlxalq yemək yarışına qatılan, əksəriyyəti qadın aşbazlardan ibarət olan Türkiyə komandası ənənəvi mətbəxlə ölkəyə 10 qızıl medal qazandırdı. Türkiyə komandası yarışda 1 saatda ana yemək olaraq "Hünkar beğendi", zeytun yağlı məzə olaraq "Vişnəli yarpaq dolması" və "Humus", şirniyyat olaraqsa "Manna yarması halvası" hazırlayıb.



Әlaqәli Xәbәrlәr