Türkiyә mәtbuatı: 20 dekabr 2019

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1326579
Türkiyә mәtbuatı: 20 dekabr 2019

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan tәxminәn 20 müsәlman ölkәnin tәmsil olunduğu Malayziyadakı zirvә görüşündә Türkiyә, Çin, Rusiya vә Braziliya arasında alternativ ödәniş sistemi ilә bağlı fәaliyyәtlәrin davam etdiyini söylәyib.

 

‘‘Star’’: Malayziya baş naziri Mahathir Türkiyәnin müdafiә sәnayesini alqışladı

Malayziya baş naziri Mahathir Mәhәmmәd milli istehsal mәsәlәsindә Türkiyәyә diqqәt çәkib. Mahathir deyib:  ‘‘Hazırda Türkiyә müdafiә sәnayesi mәsәlәsindә әmin addımlarla irәlilәyir. Malayziya bu sahәdә Türkiyәdәn çox şey öyrәnir’’.

 

‘‘Vatan’’: Siirtdә 11.2 milyon barel hәcmindә neft yatağı aşkar olunub

 

Türkiyә sәrhәdlәri daxilindә tәbii qazla bağlı aparılan kәşfiyyat fәaliyyәtlәri davam etdirilir. Bu çәrçivәdә Türkiyәnin Siirt şәhәrinin Kurtarılan qәsәbәsindәki Demirkuyu-1 yatağında kәşfiyyat fәaliyyәtlәri aparılır. Kәşfiyyat-qazma fәaliyyәtlәri nәticәsindә Demirkuyu-1 yatağında 11,2 milyon barel hәcmindә neft yatağı aşkar edilib.

 

‘‘Sabah’’: Türkiyә iqtisadiyyatına  nәhәng töhfә

Türkiyәnin Enerji vә Tәbii Sәrvәtlәr naziri Fatih Dönmәz ‘‘Türkiye Petrolleri’’nin  bu il ölkә daxilindә 50 min barel hәcmindә neft yatağı ilә bağlı hәdәfinә nail olduğunu deyib. ‘‘Dekabr ayında da ölkә daxilindә vә xaricindә tәxminәn 150 min barel neft çıxarılıb’’,-deyә Türkiyәnin Enerji vә Tәbii Sәrvәtlәr naziri qeyd edib.

 

‘‘Yeni Şafak’’: Yaşayış keyfiyyәtinә görә Türkiyә  163 ölkә arasında 7-ci yerdәdir

Mәrkәzi İngiltәrәdә yerlәşәn maliyyә qurumu dünyanın yaşamaq üçün ən əlverişli ölkələrinin reytinqini tərtib edib. Mәlumata görә, Türkiyәdә işlәyәn xarici vәtәndaşların 62 faizi öz ölkәlәri ilә müqayisәdә Türkiyәdәki hәyat keyfiyyәtinin daha yaxşı olduğunu ifadә edib.



Әlaqәli Xәbәrlәr