Türkiyə mətbuatı, 19 dekabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1325903
Türkiyə mətbuatı, 19 dekabr 2019

“Yeni Şafak”: Ərdoğan: “Tikanlı məftillər artıq Avropanı qoruya bilməz”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin qaçqınların yükünü 9 ildir bir başına daşıdığını söylədi. Qərbin isə məsələyə sadəcə təhlükəsizlik və mənfəət pəncərəsindən baxdığını ifadə edən Ərdoğan “Qərb ölkələri tikanlı məftillərin Avropanı qaçqın axınından qoruyacağına dair son dərəcə səhv bir düşüncəyə üz tutdular. Aralıq dənizindəki qaçqın qayıqlarını batırdılar və o insanları Aralıq dənizinin sularında batırdılar” dedi.  

“Star”: Berger: “Aİ ölkələri Türkiyəni təqdirlə qarşılayır”

Avropa İttifaqının (Aİ) Türkiyə üzrə nümayəndəsi səfir Kristiyan Berger Suriyadakı məsələnin həll edilə bilməsi üçün siyasi problemlərin həllində Türkiyə ilə həmfikir olduqlarını bildirərək,  “Ayrıca hər Aİ ölkəsi Türkiyənin çoxlu sayda qaçqını qonaq etməsini böyük minnətdərlıqla təqdir edir” dedi.

“Hürriyet”: Türk Hava Yolları (THY) Osakaya reysləri yenidən başladır

THY Yaponiyanın Osaka şəhərinə reysləri təkrar başladır. THY-nin baş direktoru Bilal Ekşi şəxsi “twitter” səhifəsindəki açıqlamasında “Osakaya 14 aprel 2020-ci il tarixindən etibarən həftədə 4 dəfə olmaqla yenidən reysləri başladırıq” dedi.

“Vatan”: Türkiyə Liviya ilə razılıq əldə etdiyi bölgələrdə neft və təbii qaz axtaracaq

Enerji və təbii sərvətlər naziri Fatih Dönməz Liviya ilə dəniz səlahiyyət sahələrinə dair razılaşmanı xatırladaraq, 2020-ci ilin ilk aylarında neft və təbii qaz axtarışı prosesinin start götürəcəyini söylədi. Nazir Dönməz Liviya razılaşmasının BMT tərəfindən təsdiqlənməsindən sonra neft axtarışı fəaliyyətlərini başladacaqlarını söyləyərək, “Güman edirəm ki, 2020-ci ilin ilk aylarında bu proses start götürəcək” dedi.  

“Sabah”: Ənənəvi idmanlar artıq dünyanın gündəmində

Dünya Etnospor Konfederasiyanın sədri Bilal Ərdoğan konfederasiyanın fəaliyyətlərinin İstanbuldakı mənzil qərargahından davam etdirildiyini bildirərək, bütün dünyada insanların ənənəvi idmanlara olan marağını artırmaq istədiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr