Türkiyә mәtbuatı:18 dekabr 2019

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsini tәqdim edirik.

1325223
Türkiyә mәtbuatı:18 dekabr 2019

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsini tәqdim edirik.

‘‘Yeni Şafak’’: Rәcәb Tayyib Әrdoğan Qlobal Qaçqınlar Forumunda çıxış edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan İsveçrәdә tәşkil edilәn Qlobal Qaçqınlar  Forumunda iştirak edib. Forumda çıxış edәn Türkiyә prezidenti deyib: ‘‘Birlәşmiş Millәtlәr Tәşkilatının mәlumatına görә, Türkiyә  dünyada әn çox qaçqına ev sahibliyi edәn ölkәdir. Hazırda 3.7 milyonu suriyalı olmaqla tәxminәn 5 milyon qaçqına ev sahibliyi edirik. Dünyada 260 milyonadәk qaçqın var’’.

‘‘Vatan’’: Amerikalı general öz ölkәsini tәnqid etdi

Amerika Birlәşmiş Ştatlarının keçmiş Avropadakı Qüvvәlәrinin komandanı Ben Hodqes Vaşinqton rәhbәrliyinin Suriya ilә bağlı siyasәtini tәnqid edib.

Ben Hodqes deyib: ‘‘YPQ terror tәşkilatı PKK-nın qoludur. Onları ayırmaq üçün göstәrilәn sәylәr inandırıcı deyil. Öz mәnfәәtlәrimiz üçün DEAŞ ilә mübarizәdә bu tәşkilata dәstәk vermәk ilә bağlı qәrar qәbul etdik. Bizim üçün çox önәmli olan Türkiyә ilә strateji әlaqәlәrimizә zәrә verәcәyimizi bilә-bilә bunu etdik’’.

‘‘Sabah’’:  Türkiyәli mühәndislәr inkişaf etdirdi

Milli imkanlarla istehsal edilәn ‘‘Sonqar’’ silahlı dronları Türkiyә Silahlı Qüvvәlәrinin  inventarına daxil edilәcәk. Mәlumata görә ‘‘Sonqar’’ dronu havada 20 dәqiqә qala bilәcәk.

‘‘Star’’: Milli imkanlarla hazırlanan ilk raket yayda kosmosa buraxılacaq

Türkiyә milli imkanlarla hazırlanan ilk raketi yayda kosmosa buraxacaq.

Türkiyә Müdafiә Sәnayesi Nazirliyi yanında fәaliyyәt göstәrәn “Delta V” Kosmos Texnologiyaları İdarəsinin baş direktoru Arif Karabeyoğlu Türkiyənin 2020-ci ilin yayında kosmosa raket buraxacağını bildirib.

Arif Karabeyoğlu deyib: “Xüsusi bir raket mühərrikini inkişaf etdirdik. Bu raket mühərriki həm daha təhlükəsiz, həm də xərci daha azdır. Bu ana qədər 11 sınaq həyata keçirilib.  Bu yay raketi sınaqdan keçirәcәyik. Raket mühərriki mövzusunda artıq Türkiyə də söz sahibi olan bir ölkədir və bu layihəni icraya hazırlaşırıq. Bizim texnologiyamızın əsas xüsusiyyəti digərlərinə görə sadə, ucuz, həm də təhlükəsiz olmasıdır. Türkiyə bu texnologiyasına güvənərək kosmosa daxilolma müraciətini edəcək."

‘‘Hürriyet’’: Türkiyәnin ulduzu ‘‘Anadolu’’ adlandırıldı

Beynəlxalq Astronomiya Birliyinin  100-cü ili münasibәtilә  dünya daxilində başlanılan kampaniya çәrçivәsindә  Türkiyəyə verilən 'WASP-52' kodlu ulduza 'Anadolu', orbitindəki planetə isə 'Göktürk' adı verildi.



Әlaqәli Xәbәrlәr