Türkiyə mətbuatı, 17 dekabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1324487
Türkiyə mətbuatı, 17 dekabr 2019

“Star”: Ərdoğan: “Biz Avropada ev yiyəsiyik”

Prezident Rəcəb Tayyib Ərdoğan İsveçrədə Köçün 50-ci ildönümünün qeyd olunduğu mərasimdə etdiyi çıxışda “Biz keçmişdə olduğu kimi hazırda da Avropada ev yiyəsiyik” dedi. İstər İsveçrədə istərsə də Avropanın digər ölkələrində özlərinə həyat quran Türkləri humanitar bir körpü kimi gördüklərini vurğulayan Ərdoğan Avropadakı Türk icmasının siyasət, ticarət, təhsil, sosial və mülki həyatdakı qələbələrilə qürur duyduqlarını söylədi.

“Haber Türk”: Ərdoğan: “PKK tarixinin ən ağır zərbələrini alır”

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-nın tarixinin ən ağır zərbələrini aldığını bildirdi. Ərdoğan “Son üç ildə həyata keçirilən üç əməliyyatla həm cənub sərhədimiz boyunca qurulmağa cəhd göstərilən terror koridorunu məhv etdik, həm də Suriyanın torpaq bütövlüyünü zəmanət altına alacaq həssas addımlar atdıq” dedi.

“Sabah”: “Liviya ilə hərbi əməkdaşlıq razılaşması qəbul edildi”

Türkiyə-Liviya arasında təhlükəsizlik və hərbi əməkdaşlığa dair razılaşma sənədinin təsdiqilə əlaqədar qanun təklifi Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının qapalı iclasında 4 saat davam edən müzakirələr nəticəsində qəbul edildi.

“Yeni Şafak”: Türkiyə Silahlı Qüvvələri (TSK): “Liviyadan dəvət gəlmiş kimi hazırıq”

Liviyada silahlı qrup Hafter qüvvələrinin hücumlarına məruz qalan Milli Həmrəylik Hökumətinə əsgər göndərməyi təklif edən Türkiyə təklif gəlmiş kimi hazırlıqlara başladı. Hökumət Türkiyə Silahlı Qüvvələrindən əsgər göndərmək üçün lazım olan gəmi və təyyarələrlə əlaqədar fəaliyyətlərə start verilməsini istədi.

“Hürriyət”: Pamukkaledə doluluq nisbəti 90 faizə yaxınlaşıb”

Türkiyənin ağappaq əhəngdaşı yığıntıları ilə məşhur olan Pamukkale rayonu yeni ilin yaxınlaşması ilə keçən illərdə olduğu kimi  cari il də turistlərin diqqət mərkəzindədir. Həmin çərçivədə bölgədəki otellərin doluluq nisbətinin 90 faizə çıxdığı bildirildi. Yeni il tətilinin həftə sonuna təsadüf etməsilə Pamukkale ümumilikdə əcnəbi turistlərin marağında oldu.



Әlaqәli Xәbәrlәr