Türkiyә mәtbuatı 13 dekabr 2019

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsini tәqdim edirik.

1322622
Türkiyә mәtbuatı 13 dekabr 2019

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsini tәqdim edirik.

 

‘‘Yeni Şafak’’: İbrahim Kalın: ‘‘Bu qәrar heç bir mәna daşımır’’

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın Amerika Birlәşmiş Ştatları Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul etmәsi ilә bağlı bildirib ki, bu qәrar Türkiyә üçün heç bir mәna daşımır. Bu qәrar siyasi, hәrbi vә iqtisadi heç bir sahәdә Türkiyәnin mövqeyinә tәsir göstәrә bilmәyәcәk. İbrahim Kalın şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi  açıqlamada bu ifadәlәrә yer verib: ‘‘Amerika Birlәşmiş Ştatları Senatının qәrarını qınayır vә rәdd edirik. Bu qәrar Türkiyә üçün heç bir mәna daşımır. Bu qәrar siyasi, hәrbi vә iqtisadi heç bir sahәdә Türkiyәnin mövqeyinә tәsir göstәrә bilmәyәcәk.

 

‘‘Hürriyer’’: Çavuşoğlu: ‘‘İsrail xәyalını heç bir zaman hәyata keçirә bilmәyәcәk’’

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu dünәn Mәrakeşin paytaxtı Rabatda İslam Әmәkdaşlıq Tәşkilatının  50 illik yubileyi münasibәtilә tәşkil edilәn toplantıda iştirak edib. Toplantıda çıxış edәn Mövlud Çavuşoğlu Fәlәstin mәsәlәsinә toxunub.

‘‘İsrail Fәlәstinlә bağlı xәyallarını heç bir zaman hәyata keçirә bilmәyәcәk’’,-deyә Türkiyәnin xarici işlәr naziri vurğulayıb.

 

 

‘‘Star’’: Türkiyә vә Rusiya hәrbçilәri Suriyada XV patrul xidmәtini hәyata keçirib.

Şoçidә әldә olunan razılaşma çәrçivәsindә  Türkiyә vә Rusiya hәrbçilәri Fәrat çayının şәrqindә 15-ci birgә patrul xidmәtini hәyata keçirib.

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Patrulda  Türkiyәnin dörd  vә Rusiyanın dörd zirәhli  avtomobillәri iştirak edib.

Mәlumata görә, Türkiyә Silahlı Qüvvәlәri vә Rusiya Silahlı Qüvvәlәri  Kamışlı-Rasulayn  bölgәsindә birgә patrul xidmәtini hәyata keçirib.

Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən 15-ci birgə patruldur.

Xatırladaq ki, Türkiyә vә Rusiya hәrbçilәri birinci  birgә patrul xidmәtini noyabrın birindә hәyata keçirmişdi.

 

‘‘Sabah’’:"Marella Dream" vә "Amera"  adlı kruiz gәmilәri Alanyada lövbәr saldı

Antalyanın Alanya rayonu  Malta bayrağı altında üzәn "Marella Dream" vә Bahama bayrağı altında üzәn "Amera"  adlı kruiz gәmilәrini  qәbul edib.

Alanya  limanında lövbәr salan kruis gәmilәri Alanyaya iki minәdәk  turist gәtirib.

Turistlәr Alanyanın   tanınmış küçәlәrini gәzәrәk  alış-veriş ediblәr.

Rayona gәlәn turistlәrin әksәriyyәtinin Almaniya vә İngiltәrә vәtәndaşı olduğu bildirilir.

 

‘‘Haber Türk’’: UEFA əsgər salamı ilə bağlı qərar verdi.

Türkiyə millisinin futbolçularının AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya və Fransa ilə keçirilən matçlarda əsgər salamı verməsiylə bağlı araşdırma yekunlaşıb.

UEFA bununla bağlı "ay-ulduzlular"a cəza verməyi məqsədəuyğun hesab etməyib. Bunun emosiyalardan irəli gələn bir jest olduğu bildirlib.

 

 



Әlaqәli Xәbәrlәr