Türkiyә mәtbuatı 12 dekabr 2019

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1322009
Türkiyә mәtbuatı 12 dekabr 2019

 

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

 

‘‘Hürriyet’’: Prezident Erdoğandan sərt sözlər: ‘‘Bu vampirlәr  cəmiyyətinin yarandığının göstәricisidir’’

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan  Nobel mükafatı ilə bağlı çox sərt açıqlamalar verib. Әrdoğan deyib: ‘‘Nobel mükafatının ziyalı vampirlәr qrupunun tәmsilçisinә verilmәsi vampirlәr cәmiyyәtinin yarandığının göstәricisidir. Bu mükafat Aziz Sancara, Orhan Pumuğa verilmiş bir mükafat deyil. Heç kәsi aldada bilmәyәcәksiniz’’.

 

‘‘Sabah’’: Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu dünәn gündәmә dair bәyanatlar verib. Nazir Mövlud Çavuşoğlu Liviya ilә әldә olunan müqavilәnin beynәlxalq hüquq normalarının әsas prinsiplәrinә uyğun olduğunu deyib. Liviya ilә seysmik vә qazma fәaliyyәtlәrini  hәyata keçirә bilәcәklәrini dә ifadә edәn Mövlud Çavuşoğlu qeyd edib ki, dәniz dibi әrazimizdә heç kim fәaliyyәt göstәrә bilmәz. Dәniz dibi әrazimizә daxil olma cәhdlәrinin qarşısını alarıq.

‘‘Haber Türk’’: Hulusi Akar S-400 sistemi ilә bağlı açıqlama verib

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar S-400 zenit-raket kompleksindәn imtina etmәyәcәklәrini bir daha vurğulayıb.

Anadolu Agentliyinә müsahibә verәn Hulusi Akar  son günlәrdә S-400 sistemi ilә bağlı mübahisәlәri qıymәtlәndirib.

Hulusi Akar S-400 zenit-raket kompleksindәn imtina etmәyәcәklәrini ifadә edәrәk "Bu sistemlə necə bir həll yolu tapa bilərik’’ deyib.

Hәrbi personalın tәliminin bu ilin sonunadәk davam etdirilmәsinin planlaşdırıldığını  vurğulayan Hulusi Akar sistemin 2020-ci ilin yaz aylarında hazır vәziyyәtә gәtirilәcәyini sözlәrinә әlavә edib.

Hulusi Akar  NATO ölkələri ilə ikinci havadan müdafiә sistemi ilә bağlı müzakirәlәrin də davam etdiyini söylәyib.

 

‘‘Star’’: Sәnaye mәhsulları istehsalında artım müşahidә olunur

Sәnaye Mәhsulları İstehsalçıları Birliyinin baş katibi Sefa Sadiq Aytekin  bu il sәnaye mәhsuları istehsalında 10 % artımın olacağını bildirib. O, qeyd edib ki, bu il sәnayә mәhsulları istesalından 18.5 milyard dollar mәblәğindә  gәlir әldә edәcәyik.



Әlaqәli Xәbәrlәr