Türkiyə mətbuatı, 3 dekabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

Türkiyə mətbuatı, 3 dekabr 2019

“Yeni Şafak”: Ərdoğan ilə Putinin yanvarın 8-də İstanbulda görüşü olacaq

Rusiya Dövlət Başçısı Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğan ilə görüş keçirmək üçün 8 yanvarda Türkiyəyə gələcək.

Kremlin sözçüsü Dmityriy Peskov bu barədə məlumat yayıb. Peskov bildirib ki, Rusiya dövlət başçısı Putin prezident Ərdoğan ilə görüşmək məqsədilə 8 yanvarda Türkiyəyə səfər edəcək. Peskov Putin il Ərdoğanın 2020-ci ilin yanvar ayında rus qazını Qara dəniz və Türkiyə üzərindən Avropaya daşıyacaq “Türk axını” qaz kəmər xəttini açmağı planlaşdırdıqlarını açıqlamışdı. Putinin Türkiyəyə səfəri zamanı nəhəng layihənin açılışının da reallaşacağı gözlənilir.

“Vatan”: Türkiyəni Aralıq dənizində Liviya ilə qonşu edən razılaşma

Prezident Rəcəb Tayyib Ərdoğan ilə  Liviya Milli Razılaşma Hökuməti Şurasının sədri Fayez Al Sarraj Dəniz Səlahiyyət Sahələrinin Məhdudlaşdırılmasına dair Razılaşma Memorandumunu 27 noyabrda imzaladı. Xarici İşlər Nazirliyi İkili Siyasi İşlər və Dənizçilik-Havaçılıq-Hüdud baş direktoru vəzifəsini müvəqqəti icra edən Çağatay Erciyes Türkiyə və Liviyanı dənizdən qonşu edən razılaşmadan sonrakı sərhədləri göstərən xəritəni sosial şəbəkədə paylaşım etdi. Erciyesin paylaşması Xarici İşlər Nazirliyinin rəsmi “twitter” hesabı tərəfindən “retweet” edildi.

“Haber Türk”: Milli Müdafiə Nazirliyi (MSB): “Türkiyə NATO-dakı vəzifələrini yerinə yetirəcək”

MSB və Xalqla Əlaqələr İdarəsinin təbliğatı üzrə zabit piyada polkovnik (albay) Olcay Dənizər keçirdiyi mətbuat konfransında Türkiyənin 18 fevral 1952-ci ildə üzv olduğu NATO-da beynəlxalq təhlükəsizlik və sabitliyə əhəmiyyətli töhfələrinin olduğunu bildirdi. Dənizər “NATO ölkəmizin təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola sahib olmuş, ölkəmiz də hər zaman üzərinə düşən məsuliyyətləri yerinə yetirmiş, yetirməkdə də davam edəcəkdir” dedi.

“Hürriyət”: Nazir Albayrak: “ Türkiyənin inkişaf sürəti artmaqda davam edir”

Türkiyə bu ilin üçüncü rübündə əldə etdiyi pozitiv sürətlə 0,9 faiz böyümə qeyd etdi. Xəzinə və maliyyə naziri Berat Albayrak şəxsi “twitter” hesabındakı statusunda ilin dördüncü rübü ilə əlaqədar qabaqcıl göstəricilərə görə Türkiyənin inkişaf sürətinin artmaqda davam etdiyini bildirdi. Albayrak “ 5 faizlik böyümə hədəfimiz üçün sənayenin əlavə dəyərini artırmağa, xüsusilə sərmayə qoyuluşları sahəsindəki müsbət göstəricilərə sürət qazandırmağa, istehsal və məşğulluq mərkəzli iş qollarını gücləndirməyə üstünlük verəcəyik” dedi.



Әlaqәli Xәbәrlәr