Türkiyə mətbuatı, 2 dekabr 2019

“Haber Türk”, “Sabah”, “Vatan”, “Star” və “Yeni Şafak” bu gün nələrdən xəbər verir?

Türkiyə mətbuatı, 2 dekabr 2019

 

Haber Türk”: Çavuşoğlundan "Kanal İstanbul" şərhi: “Tarix dəyişəcək"

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu: "Kanal İstanbul"un qazmasına başladığımız zaman dünyada dənizçilik və nəqliyyat baxımından tarix dəyişəcək: dönüş nöqtəsi olacaq", - dedi.

  Dekabrın 1-də Antaliyanın Alanya qəsəbəsindəki bir oteldə reallaşdırılan Ədalət və İnkişaf Partiyası (AK Partiya) Gənclik Qolları Aralıq dənizi Bölgə Yığıncağında M.Çavuşoğlu Türkiyənin gücləndikcə qarşısına çıxan problemlərin də ölçüsünün fərqliləşdiyini izah edib.

Sabah”: MSB: “Terror hücumlarına qarşı yol idarəsi məntəqələri tikilir"

  Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) terror təşkilatı PKK/YPQ-nin bombalı maşınlarla günahsız vətəndaşları hədəfə aldığı terror hücumlarına qarşı yol idarə məntəqələrinin tikildiyini bildirib.

Vatan”: Nazirlik bildirdi: “Sərhəddən xaric edildi"

  Türkiyə Daxili İşlər Nazirliyindən edilən şərhdə yazılır: “Xarici Terrorçu Döyüşçülərin (YTS) ölkələrinə qaytarılmaları prosesi davam etdirilir. Bununla əlaqədar dekabrın 1-də İrlandiya vətəndaşı olan bir xarici terrorçu döyüşçü Türkiyədən sərhədkənar olunub.

Star”: Xarici turist sayı 41 milyona çatdı

  Türkiyə ilin ilk 10 ayında ötən ilin eyni dövrülə müqayisədə 14.47 faiz artımla 40 milyon 719 min 786 xarici turist qarşılayıb. Xatırladaq ki, Türkiyəyə bu ilin ilk 9 ayında 36 milyon 428 min xarici turist gəlmişdi.

Yeni Şafak”: "Down” sindromlu idmançımız Talha Əhməd Ərdəmdən tarixi müvəffəqiyyət

  “Doun Sindromlular Dünya Cüdo Çempionatında Talha Əhməd Ərdəm qızıl medal qazanaraq bu sahədə Türkiyəyə ilk dünya çempionluğunu gətirib.



Әlaqәli Xәbәrlәr