Türkiyə mətbuatı, 18 noyabr 2019

“Star”, “Yeni Şafak”, “Haber Türk”, “Sabah” və “Hürriyet” bu gün nələrdən yazır?

1308062
Türkiyə mətbuatı, 18 noyabr 2019

 

“Star”: Əl-Babda bombalı maşınla 18 nəfəri qətlə yetirən terrorçu MİT-in uğurlu əməliyyatı nəticəsində tutuldu

  Türkiyə Milli Müdafiə Nazirliyindən noyabrın 16-da verilən məlumata görə, Suriyanın şimalındakı Əl-Bab qəsəbəsində 15 noyabrda bombalı maşınla təşkil edilən hücumla 18 vətəndaşı öldürən, ən az 30 nəfəri yaralayan PKK/YPQ terrorçusu Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində tutulub.

“Yeni Şafak”: Xaricilər öz dillərində Türkiyəni anlatdılar

  Türkiyə Prezident Aparatı Mətbuat Xidməti tərəfindən hazırlanan, 7 xarici vətəndaşın öz dilində Türkiyəni anlatdığı “Türkiyədə yaşayan əcnəbilər” filmi dünyada sosial şəbəkə və dijital platformalar vasitəsilə tanıdılacaq. Xaricilərə soruşulan “Türkiyə deyilincə ağılınıza gələn ilk 3 söz nədir?” sualının cavabları əsasında hazırlanan sənədli filmdə əsasən Türkiyənin tarixi, mədəni və təbii məkanları yer alır.

 “Haber Türk”: Türkiyə fındıqdan 10 ayda təxminən 1,6 milyard dollar qazanıb

  Türkiyə 1 yanvar - 31 oktyabr ayları arasında 100-dən çox ölkəyə 251 min 293 ton fındıq ixrac edib. Bu ixracat qarşılığında 1 milyard 578 milyon dollar qazanan Türkiyə sözügedən dövrdə ən çox fındığı İtaliyaya satıb.

“Sabah”: İstanbul Havalımanı 2 beynəlxalq havalımanı ilə müqavilə bağladı

  İstanbul Havalımanı Çin Xalq Respublikası və Cənubi Koreyanın beynəlxalq havalimanlarıyla müqavilələr imzaladı.

  Türkiyə ilə Cənubi Koreya və Çin Xalq Respublikası arasında havaçılıqla bağlı məlumat körpüsünün qurulması məqsədiylə də imzalanan razılaşmalar İstanbul Havalımanı ilə sözügedən havalimanları arasında qarşılıqlı məlumat paylaşması, personal rotasiya təhsili və ortaq satışaçıxarma fəaliyyətlərini əhatə edir. 

“Hürriyet”: Tarkan 11 il sonra Viyanada

  Türkiyə sənətçisi Tarkan Avstriyanın paytaxtı Viyanada konsert verdi. Müğənninin Avropa turnesi çərçivəsində “Wiener Stadthalle”də verdiyi konsertə çox sayda müsiqisevərlər gəlmişdi.

  İllər sonra Viyanadakı pərəstişkarlarıyla görüşən Tarkan ən son bura 11 il əvvəl gəldiyini və Viyana konsertlərinin həmişə çox gözəl keçdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr