Türkiyə mətbuatı, 14 noyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1306200
Türkiyə mətbuatı, 14 noyabr 2019

“Hürriyət”: “Bizim kürdlərlə problemimiz yoxdur, problem terrorçularladır”

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərində terror təşkilatı PKK və onun Suriyadakı qolu YPG ilə kürdləri bir-birinə qarışdırmamağın lazım olduğunu bildirdi. Ərdoğan “Bizim kürdlərlə problemimiz yoxdur, problem terrorçularladır. Bunlar YPG/PYD-dir, bunlar PKK-nın Suriyadakı qollarıdır. Terrorçu terrorçudur. Mübarizə aparmasanız bunun qarşılığı gələcəkdə çox ağır olar” dedi.

“Sabah”: “Ərdoğan: Təhlükəsiz bölgədə 1 milyon qaçqın yerləşdirə bilərik”

Prezident Ərdoğan ABŞ-a səfərində Suriyadakı təhlükəsiz bölgə ilə əlaqədar “6 ay ilə 2 il arasında Təhlükəsiz bölgədə 1 milyon qaçqın, 1 milyon da Rakka və Deyrizor bölgəsində yerləşdirə bilərik” dedi. Türkiyənin suriyalı qaçqınlar üçün sərmayə qoyuluşunun 40 milyard dollar olduğuna diqqət çəkən Ərdoğan “Avropadan bizə gələn isə təəssüf ki, sadəcə 3 milyard avrodur” dedi. ABŞ prezidenti Donlad Tramp isə Türkiyənin 4 milyon qaçqına ev sahibliyi etdiyini, Avropanın artıq qaçqınlar mövzusunda məsuliyyət götürməsinin vacibliyini dilə gətirdi.   

“Star” “Rasulaynda ictimai xidmətlər göstərilməyə başlandı”

“Sülh çeşməsi” hərəkatı çərçivəsində terror təşkilatı PKK/YPG-dən təmizlənən Suriyanın Rasulayn şəhərində səhiyyə, içməli su və digər ictimai xidmətlər göstərilməyə başlandı. Şəhərdə tədqiqat aparan Türkiyənin Şanlıurfa icra hakimiyyəti başçısı Abdullah Erin yerli xidmətlərin nizamlı və vaxtında təmin edilməsi üçün Türkiyədən vəzifələndirilən dövlət işçilərilə yanaşı suriyalıların da vəzifə öhdələndiyini söylədi.

“Haber Türk”: “Birja İstanbul Türk lirəsinin etibarını artıracaq”

Birja İstanbulun baş direktoru Mehmet Xaqan Atilla “Maliyyə sistemdə milli valyutamızın etibarının artırılması üçün əhəmiyyətli addımlar atdıq” dedi. Birja İstanbulun qürur duyduqları milli dəyər və güclü marka olduğunu vurğulayan Atilla yaxın günlərdə yeni valyuta müvaqilələri və axşam seansları kimi tətbiqlərin məlumatını təqdim edəcəklərini bildirdi.

“Yeni Şafak”: “Türkiyədə 100 milyon dollarlıq sərmayə qoyacaq”

Tayvan Xarici Ticarəti İnkişaf üzrə Şuranın sədri Valter Yeh ölkəsinin Türkiyədəki sərmayə qoyuluşlarının artdığını bildirərək “Tayvanın ən böyük polad istehlatçıları arasında yer alan firmalarımızdan biri Kocaelidə 100 milyon dollarlıq polad fabriki tikəcək” dedi. Yeh Tayvan ilə Türkiyə arasında elektron, avtomobil və sənaye sektorunda əhəmiyyətli əməkdaşlıq imkanları olduğunu da bildirdi.



Әlaqәli Xәbәrlәr