Türkiyə mətbuatı, 8 noyabr 2019

“Haber Türk”, “Yeni Şafak”, “Star” və “Sabah” bu gün nələrdən yazır?

Türkiyə mətbuatı, 8 noyabr 2019

 

“Haber Türk”: Respublika başçısı Ərdoğanın çağırışına böyük maraq

  Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin "Gələcəyə nəfəs ol" şüarıyla 28 oktyabrda elan etdiyi 11 milyon ağacəkmə kampaniyasına böyük maraq yaranıb. Hədəf bir neçə gün içində 11 milyon 47 min 430 şitil əkmək olsa da, bu say 12 milyon 915 min 319-a çatıb.

  Respublika başçısı Rəcəb Tayip Ərdoğan da 11 noyabr saat 11.11-də bütün ölkədə hər kəsi eyni zamanda ağacəkmə iməciliyinə səsləyib.

“Yeni Şafak”: ANKA havada 26 saat 30 dəqiqə qalaraq rekord qırdı

  Türkiyənin milli pilotsuz uçan aparatı - ANKA bir gündən çox müddət boyu uzun bir uçuş reallaşdırıb. 26 saat 30 dəqiqə uçaraq yeni bir rekorda imza atan ANKA gecə və gündüz, pis hava şərtləri də daxil olmaqla, müşahidəetmə, sabit və hərəkətli hədəf təsbiti, təyinetmə, təqib və real zamanlı görüntü kəşfiyyatı vəzifələrini yerinə yetirir.

“Star”: ABŞ “Türkiyə təyyarələrimizi izləməyə başlayacaq” deyə bildirdi

  Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin baş katibi Ellen M.Lord Rusiyadan aldığı S-400 hava müdafiəetmə sistemiylə Türkiyənin yaxınlarda bölgədəki təyyarələri izləməyə hazır olacağını söylədi.

  Pentaqonda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Lord etdiyi şərhdə Türkiyənin S-400 hava müdafiəetmə sistemini ilin sonuna yaxın tam olaraq fəaliyyətə keçirəcəyini gözlədiklərini bildirib.

“Sabah”: Türkiyə iqtisadiyyatı özünü sürətlə topladı

  Avropa İttifaqı 2019-cu il Payız İqtisadi Təxminlər Hesabatında Türkiyədə iqtisadiyyatın keçən il yaşanan kurs böhranından sonra maliyyə təşviqləri və ixracatdakı artımla birlikdə gözləniləndən daha sürətli şəkildə toplandığına diqqət çəkib. Hesabatda yazılana görə, bu gedişlə Türkiyə iqtisadiyyatı 2020-ci ildə 3,1, 2021-ci ildə isə 3,5 faiz inkişaf edəcək.



Әlaqәli Xәbәrlәr