Türkiyə mətbuatı, 7 noyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1301739
Türkiyə mətbuatı, 7 noyabr 2019

“Sabah” qəzeti: “Ərdoğan Tramp ilə telefonla danışdı”

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp arasında dünen axşam telefonla danışığı baş tutdu. Telefon danışığında ikitərəfli məsələlərlə yanaşı regional mövzular müzakirə olundu. İki lider telefon danışığında ABŞ prezidenti Trampın dəvətinə görə 13 noyabrda Vaşinqtonda görüş keçirəcəklərini də bir daha təsdiqlədilər.

“Vatan” qəzeti: “Nazir Dönməz: Fateh gəmisi yaxın zamanda qazma işlərinə başlayacaq”

Enerji və təbii sərvətlər naziri Fateh Dönməz Fateh gəmisinin yaxın zamanda qazma fəaliyyətlərinə başlayacağını bildirdi. Nazir Dönməz paytaxt Ankarada keçirilən 12-ci Beynəlxalq Enerji Konqresi və Sərgisinin açılışında etdiyi çıxışdan sonra “Fateh qazma gəmisi Finikədəki qazma fəaliyyətlərini tamamladı və yükləmələr üçün Mersin şəhərinin Taşucu Limanına gəldi. Bir neçə həftəlik hazırlıqlardan sonra təkrar Şimali Kıbrıs Türk Cümhuriyyətinin müəyyənləşdirdiyi yerdə qazma fəaliyyətlərinə başlayacaq” deyə bildirdi.

“Star” qəzeti: “Daxili işlər naziri Soylu: Türkiyə terrorla mübarizədə çox cəsarətlidir”

Daxili işlər naziri Süleyman Soylu dünən Antalyada verdiyi açıqlamada terrorla mübarizə mövzusunda hazırda dünyanın təəccüblə izlədiyi bir prosesə nəzarət etdiklərini bildirərək, “Türkiyət terrorla mübarizədə nə qədər fəal, qətiyyətli və nə qədər cəsarətli olduğunu ortaya qoyur” dedi.

“Yeni Şafak” qəzeti: “Suriyada etibarlı şəkildə əlaqə saxlanması üçün addım atıldı: İnternet Türkiyənin Gaziantep şəhərindən”

“Sülh çeşməsi” hərəkatından sonra terror təşkilatı YPG/PKK-dan təmizlənən bölgələrdə sabitliyin təmin edilməsi üçün fəaliyyətlər start götürdü. Türkiyə xəstəxana, çörəkxana və poçt kimi xidmətlərlə yanaşı telekommunikasiya sahələrində də addımlar atır. Türkiyə Silahlı Qüvvələrinin nəzarətindəki bölgələrdə internet və telefon şəbəkəsi xidməti Gaziantep mərkəzli yerli firma vasitəsilə təmin olunduqda, bu sayədə həm suriyalılar problemsiz şəkildə həyatlarını davam etdirirlər, həm də əldə edilən bəzi kritik məlumatlar terrorçuların yaxalanmasında ciddi rol alır.

“Hürriyət” qəzeti: “Oktyabr ayında 267,3 milyon dollar daş-qaş ixracı reallaşdı”

Qızıl və ləl-cavahirat İxracatçılar Birliyinin hesabatına görə, ən çox məhsul ixracı Avropa İttifaqına edilib. Hesabatda bildirilib ki, İttifaqa 113 milyon 989 min 170 dollarlıq məhsul ixracı reallaşdırılıb.



Әlaqәli Xәbәrlәr