Türkiyə mətbuatı, 05 noyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1300212
Türkiyə mətbuatı, 05 noyabr 2019

“Vatan” qəzeti: “Terror təşkilatının silah anbarlarında ABŞ-ın minomyotları ələ keçirildi”

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusu Suriyanın Rasulayn qəsəbəsində terrorçulara məxsus daha böyük bir silah anbarını ortaya çıxardı. Silah-sursatın ABŞ istehsalı olduğu aşkarlandı. Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ı terror təşkilatı YPG/PKK-ya məxsus on minlərlə TIR dolusu silah-sursat göndərərək müttəfiqlik əlaqələrinə zərər verdiyi barədə xəbərdar etmişdi.

“Yeni Şafak” qəzeti: ““ Sülh çeşməsi” hərəkatında mülki vətəndaşlara, dini/tarixi objektlərə zərər verilmədi”

Milli Müdafiə Nazirliyi Suriyanın şimalında terror təşkilatı YPG/PKK və DEAŞ-a qarşı həyata keçirilən “Sülh çeşməsi” əməliyyatında mülki vətəndaşlara, tarixi, dini obyektlərə, ətraf-mühitə zərər verilmədiyini açıqladı. Nazirliyin açıqlamasında “Tel Abyad və Rasulayndakı kilsələr əməliyyatdan təsirlənmədi” deyə bildirildi. Nazirliyin “Twitter” səhifəsindəki paylaşmada bölgədəki binaların şəkilləri də yer alıb.

“Star” qəzeti: “Qazaxıstandan Türkiyəyə “Sərmayə qoyuluşlarınızda baza ola bilərik” mesajı”

Qazaxıstanın Ankara səfiri Abzal Saparbekuly 10 noyabrda İstanbulda keçiriləcək Türkiyə-Qazaxıstan İş və Yatırım Forumundan əvvəl iki ölkə iqtisadi əlaqələri barədə açıqlama verdi. Saparbekuly “Türkiyə və Qazaxıstanın imkanlarını qiymətləndirmək üçün birgə işləməliyik. Qazaxıstan Türkiyənin sərmayə qoyuluşları sahəsində mükəmməl bir baza ola bilər” dedi.

“Haber Türk” qəzeti: “İnflyasiya son üç ilin ən aşağı səviyyəsində”

İllik inflyasiya oktyabr ayında 0,7 faiz azalaraq 9,26 faizdən 8,55 faizə endi. Bununla da illik inflyasiya təqribən son üç ilin ən aşağı səviyyəsinə düşdü. Xəzinə və maliyyə naziri Berat Albayrak “İnflyasiya ilə mübarizədə atdığımız addımların müsbət nəticələrini görürük” deyə açıqlama verdi.

“Hürriyət” qəzeti: “Təbii qaz və neft sahəsində dənizdə 5 qazma fəaliyyəti”

2020-ci il Prezident Aparatının illik proqramına görə dövlətin gələcək il enerji sektoruna 13 milyard 864 milyon lirə sərmayə qoyması nəzərdə tutulub. Türkiyə Şimali Kıbrıs Türk Cümhuriyyəti dənizdə sənədli sahələr daxil olmaqla neft və təbii qazda 2020-ci ildə 5 qazma fəaliyyəti göstərəcək.



Әlaqәli Xәbәrlәr