Türkiyә mәtbuatı: 1 noyabr 2019

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1298226
Türkiyә mәtbuatı: 1 noyabr 2019

 

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

 

‘’Vatan’’: Әrdoğan: ‘‘Nazirlәrә göstәriş verildi’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dünәn Gürcüstan baş naziri Giorgi Qaxaria ilә keçirdiyi görüşdәn sonra verdiyi açıqlamada hәr iki ölkәnin xarici işlәr nazirlәrinә әn qısa zamanda strateji әmәkdaşlıq şurasının iclasınının keçirilmәsi ilә әlaqәdar tәlimat verildiyini deyib. Әrdoğan strateji әmәkdaşlığın yalnız iki ölkә üçün deyil bölgә üçün dә çox әhәmiyyәtli olduğuna inandıqlarını ifadә edib.

 

‘‘Hürriyet’’: Xarici İşlәr Nazirliyi Fransaya sәrt reaksiya göstәrib

Türkiyә Fransanın ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı qәbul etdiyi qәrarları qınayıb. Türkiyә Xarici İşlәr Nazirliyindәn dünәn verilәn açıqlamada bildirilib ki, Suriya torpaqlarında terror dövlәti qurmağa çalışan Fransanın xәyallarına nail ola bilmәdiyi üçün bu qәrarı qәbul etdiyi aydındır.

 

‘‘Sabah’’: Hulusi Akar açıqlama verdi

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar  Suriyanın Tel Abyad şəhərində heç bir şeyin bitmədiyini, hər an hər şeyin  ola biləcəyini söyləyib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rәisi, ordu generalı Yaşar Gülər ​​və Quru Qoşunları komandanı, general  Ümit Dundarla Şanlıurfaya gedәn Hulusi Akar ‘‘Sülh çeşmәsi’’ әmәliyyatında iştirak edәn birliklәrin komandanları ilә bir araya gәlib.

Tel Abyaddakı әsgәrlәrә simsiz cihazla sәslәnәn Hulusi Akar deyib: ‘‘Burada heç bir şey bitmәyib, hәr an hәr şey olabilәr. Bu sәbәbdәn hәr kәs hәr an hazır olmalıdır’’.

 

‘‘Star’’: Berat Alabayrak inflyasiya ilә bağlı açıqlama verib

Xәzinә vә Maliyyә naziri Berat Albayrak dünәn Malatya şәhәrindә keçirilәn tәdbirlәrin birindә iştirak edib. Tәdbirdә çıxış edәn Berat Albayrak deyib: ‘‘Yeni iqtisadiyyat proqramı çәrçivәsindә inflyasiya 5 faizdәn bir qәdәr aşağı sәviyyәyә enib’’.

 

‘‘Haber Türk’’: Sabiha Gökçәndәn  10 ildә 240 milyon sәrnişin daşınıb

2009-cu ilin 31 oktyabr tarixindә istismara verilәn Sabiha Gökçәn Beynәlxalq Hava Limanı son 10 ildә 240 milyon sәrnişinә ev sahibliyi edib.



Әlaqәli Xәbәrlәr