Türkiyə mətbuatı, 17 oktyabr 2019

“Sabah”, “Star”, “Vatan”, “Yeni Şafak” və “Hürriyet” bu gün nələrədn yazır?

1289457
Türkiyə mətbuatı, 17 oktyabr 2019

 

“Sabah”: Ərdoğandan hərəkat açıqlaması: "Əməliyyatımız Münbicdən İraq sərhədinə qədər davam edəcək

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 16-da Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qrup toplantısında bəyanatlar verdi. Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” hərəkatına dair kritik mesajlar verən Ərdoğan deyib: "Əməliyyatımız Münbicdən İraq sərhədinə qədər davam edəcək".

“Star”: Çavuşoğlu: “Terror dövləti qurmaq istədilər, oyunu pozduq"

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin Fərat çayının şərqində terror təşkilatına qarşı başladığı “Sülh çeşməsi” hərəkatına dair 16 oktyabrda Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputatları məlumatlandıraraq deyib: “Bəzi ölkələrin “Sülh çeşməsi” hərəkatından narahat olmalarının səbəbi qurmaq istədikləri terror dövləti oyununun pozulmasıdır. Bizə bu qədər hücum etmələrinin səbəbi yaşadıqları xəyal düşkünlüyüdür”.

“Vatan”: İ.Kalın: “Təhlükəsiz bölgə DAEŞ ilə mübarizəyə zərər verməyəcək”

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın “Sülh çeşməsi” hərəkatına münasibət bildirərək: "Türkiyənin qurmaq istədiyi təhlükəsiz bölgə heç bir şəkildə terror təşkilatı DAEŞ-lə mübarizəyə zərər verməyəcək".  

“Yeni Şafak”: “Sülh çeşməsi”ndə də terrorçuların başı üzərində fırtına guruldayır

  Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatlarında terror hədəflərinin tam düzgün vurulmasında fəal rol oynayan yerli istehsal - T-155 “Fırtına” mərmiləri “Sülh çeşməsi” hərəkatında da strateji vəzifəsini yerinə yetirir. Fərat çayının şərqindəki YPQ/PKK hədəflərinin zərərsizləşdirilməsində istifadə edilən “Fırtına” mərmiləri hədəfə doğru atəşlərilə terrorçuların qorxulu yuxusu olur.

“Hürriyet”: BTC-dən 3,3 milyard barrel neft axıb

  Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft boru kəmərinin son dayanacağı Adananın Ceyhan rayonundakı Heydər Əliyev dəniz terminalından 2006-cı ildən etibarən 4300-dən çox tankerlə 3 milyard 314 milyon 965 min barrel xam neft nəql edilib.



Әlaqәli Xәbәrlәr