Türkiyə mətbuatı, 14 oktyabr 2019

“Yeni Şafak”, “Hürriyet”, “Star”, “Haber Türk” bu gün nələrdən yazır?

1288116
Türkiyə mətbuatı, 14 oktyabr 2019

 

“Yeni Şafak”: Ərdoğandan Merkelə PKK reaksiyası

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Sülh çeşməsi” hərəkatı ilə bağlı ölkəni iqtisadi və silah satışı sanksiyaları ilə təhdid edənlərə rast gəlirik. Türkiyənu bu şəkildə yolundan qaytaracağını güman edənlər yanılır", - dedi.

  Almaniyanın kansleri Angela Merkellə telefonda danışdığını bildirən Ərdoğan onu da deyib ki, "Merkelə “Separatçı terror təşkilatı PKK-nı NATO-ya almışınız bəlkə, mənim xəbərim yoxdur?” deyə soruşdum. Bu məsələ Türkiyə üçün bir əbədiyyət məsələsidir. Ölkəmiz 35 ildir ki, terror təhdidi altındadır".  

“Hürriyet”: Ərdoğan: “Tək bir məsumun burnunun belə qanamaması üçün səy göstəririk

  Türkiyə prezidenti R.T.Ərdoğan Suriyanın şimalında terror dövlətinin qurulmasına imkan verməyəcəklərini vurğuladı: “Türkiyə əsgəri separatçı terror təşkilatı PKK-ya qarşı apardığı “Sülh çeşməsi” hərəkatında bölgədəki məsumlara qarşı həssaslıqla hərəkət edir… Tək bir məsumun belə burnunun qanamaması üçün səy göstəririk".

“Star”: Türkiyədən Avropa ölkələrinə PKK çağırışı

  Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb: “Sülh çeşməsi” hərəkatının başlaması separatçı terror təşkilatı PKK ünsürlərinin, xüsusən Avropa ölkələrində şiddət ehtiva edən mitinq və etiraz aksiyalarında səsini artırıb… PKK-nın əməllərinə qarşılıq xaricdəki diplomatik nümayəndəliklərimiz, vətəndaşlarımız, personalımız və Türkiyə ilə əlaqəsi olanların can və mal təhlükəsizliyinin qorunması üçün yerli hökumətlərin tədbirlər görməsi və bu məsələdə maksimum həssaslıq göstərilməsini gözləyirik".

“Haber Türk": "Sülh çeşməsi” hərəkatı bütün dünyaya duyuralacaq

  Türkiyə Prezident Aparatı Mətbuat Xidməti İstanbulda “Sülh çeşməsi” Kommunikasiya Strategiyası seminarı keçirib. Tədbirdə hərəkatın beynəlxalq ictimaiyyət tərəfindən düzgün izah olunması üçün strateji kommunikasiya fəaliyyətləri müzakirə olunub.   



Әlaqәli Xәbәrlәr