Türkiyə mətbuatı, 10 oktyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1285219
Türkiyə mətbuatı, 10 oktyabr 2019

“Hürriyet” qəzeti: “Prezident Ərdoğan: Hərəkat başladı”

Əməliyyata start verildiyini prezident Rəcəb Tayyib Ərdoğan şəxsi “Twitter” hesabında türkcə,ingiliscə və ərəbcə açıqladı.

Ərdoğan açıqlamasında “Türkiyə Silahlı Qüvvələrimiz Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və DEAŞ terror təşkilatlarına qarşı #BarışPınarıHarekatını başlatmışdır” deyə bildirdi.

Məqsədlərinin Türkiyənin cənub sərhədində yaradılmağa cəhd göstərilən terror dəhlizini məhv etmək və bölgəyə sülh və dincliyi gətirmək olduğunu vurğulayan Ərdoğan “Barış pınarı” (Sülh bulağı) əməliyyatı ilə ölkəmizə qarşı terror təhdidini aradan qaldıracağıq” ifadələrini işlətdi.

“Sabah” qəzeti: “Çavuşoğlunun hərəkatla əlaqədar açıqlaması”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalındakı terror təşkilatı YPG/PKK hədəflərinə qarşı dünən başlanan “Barış pınarı” (Sülh bulağı) hərəkatı ilə əlaqədar “Hərəkatımız beynəlxalq hüquq, BMT Şərtinin 51-ci maddəsi və BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə dair qərarlarına uyğun həyata keçirilir” dedi.

“Haber Türk” qəzeti: “İbrahim kalın ABŞ-ın Təhlükəsizlik üzrə sözçüsü ilə görüşdü”

Prezident Aparatının sözçüsü İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik üzrə sözçüsü səfir Robert C.Obrayn ilə telefonla danışdı.

Bununla bağlı yayılan açıqlamaya görə, Kalın-Obrayn arasında keçirilən telefon danışığında Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması və bu sahədə bundan sonra atılması vacib olan addımlar müzakirə olunub.

“Star” qəzeti: “Təkirdağda zəngi təbii qaz yatağı kəşf edildi”

Ttürkiyə Petrolları Anonim şirkəti tərəfindən Təkirdağ vilayətinin Kapaklı qəsəbəsində davam edən təbii qaz axtarışlarından nəticə əldə edildi. Bölgədə zəngin təbii qaz yatağı kəşf edildi.

“Vatan” qəzeti: “Dünya Bankı Türkiyə üçün inkişaf proqnozunu yenidən müəyyənləşdirdi”

Dünya Bankı Türkiyə iqtisadiyyatı üçün 2019 ili inkişaf proqnozunu yuxarı istiqamətdə dəyişdi. 2019-cu il üçün Türkiyə iqtisadiyyatının 1 faiz daralacağı istiqamətindəki proqnozunu 0,0 faiz olaraq dəyişən Dünya Bankı 2020 və 2021-ci illər üçün ümumi daxili məhsul böyümə proqnozunu isə 3,0 faiz və 4,0 olaraq təkrarladı.



Әlaqәli Xәbәrlәr