Türkiyə mətbuatı, 1 oktyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1279252
Türkiyə mətbuatı, 1 oktyabr 2019

“Yeni Şafak”: “Ərdoğan “Washington Post” qəzeti üçün yazdı: Türkiyə Xaşoqçi cinayətinin üstünü açma fəaliyyətini davam etdirəcək”

Prezident Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Xaşoqçi cinayətinə dair ““Washington Post” qəzetinə məqalə yazdı. Ərdoğan məqalədə “Səudiyyəli jurnalist Camal Xaşoqçinin öldürülməsi, 11 sentyabr terror hücumlarını nəzərə almasaq, 21-ci əsrin ən böyük və mübahisəli hadisəsi qəbul edilə bilər. Çünki 11 sentyabrdan bəridir heç bir hadisə beynəlxalq nimazı bu səviyyədə təhdid etməmiş; dünyanın qəbul etdiyi qaydalara meydan oxumamışdır” ifadələrini işlətdi. Ərdoğan Türkiyə olaraq qarşıdan gələn dövrdə də Xaşoqçi cinayətinin üstünün açılması üçün cəhdlərimizi davam etdirəcəyimiz vədini verirəm”dedi.

“Vatan” qəzeti: “Nazir Berat Albayrak 3 illik Yeni İqtisadi Proqramı açıqladı”

Xəzinə və maliyyə naziri Berat Albayrak ili 12 faiz inflyasiya və 0,5 faiz inkişaf ilə başa vurmağı hədəf aldıqlarını bildirdi.

Berat Albayrak “Dəyişimə başlayır” əsas mövzusu ilə hazırlanan Yeni Maliyyə Proqramını (YEP) (2020-2022) nazirlikdə keçirdiyi mətbuat konfransında açıqladı.

YEP-in ilk ilini başa vurduqlarını və bir illik fəaliyyətlərin nəticəsində proqramı yeniləyərək, ikinci ilin başlanğıcını etdiklərini bildirən Albayrak 2019-2020-ci illəri “balanslama dövrü” olaraq adlandırdıqlarını xatırlatdı.

Yeni proqramda 2019-cu ili 12 faiz inflyasiya, 2020-ci il üçün 9,8 inflyasiya hədəfi 8,5 faiz olaraq dəyişdi. 2021-ci ildə 6, 2022-ci ildə isə 4,9 faiz inflyasiya hədəf götürüldü. Ayrıca proqramda inkişaf hədəfi 2019-cu il üçün 0,5, 2020, 2021 və 2022-ci illərin hər biri üçün 5 faiz böyümə hədəfi müəyyənləşdirildi.

“Hürriyət” qəzeti: “THY-dan Şərqi Avropa və Balkanlarda endirim kampaniyası”

Türk Hava Yolları (THY) Şərqi Avropa və Balkanlara səyahət edəcək sərnişinlər üçün endirim kampaniyasına start verdi. Məhdud sayda yer üçün qüvvədə olan kampaniyada Şərqi Avropa və Balkanlarda müxtəlif nöqtələrə hər şey daxil 119 dollardan başlayan qiymətlərlə uçuş imkanı təqdim edilir.  

“Sabah” qəzeti: “Türkiyə ilk 8 ayda 31 milyondan artıq xarici turisti qonaq etdi”

Türkiyənin turizmdəki sürətli inkişafı davam edir. İlk 8 ayda 31 milyondan artıq xarici turisti qonaq edən Türkiyə avqust ayında isə bir əvvəlki illə müqayisədə 17,17 faiz artım qeyd etdi.

“Star” qəzeti: “TSQ inventarına milli lazer silahı “ARMOL” da daxil oldu”

Sənaye və texnologiya naziri Mustafa Varank dünən şəxsi “Twitter” hesabındakı ismarıcında milli lazer silahı “ARMOL”un qəbul sınaqlarını uğurla başa vuraraq Türkiyə Silahlı Qüvvələrinin (TSQ) inventarına daxil olduğunu elan etdi.



Әlaqәli Xәbәrlәr