Türkiyə mətbuatı, 24 sentyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1275041
Türkiyə mətbuatı, 24 sentyabr 2019

“Hürriyət” qəzeti: “F-16”-lar Suriyanın hava məkanında uçdu”

Milli Müdafiə Nazirliyi “Təbii Qətiyyətlilik” əməliyyatı çərçivəsində Hava Qüvvələri Komandanlığına məxsus iki “F-16”-nın dünən yerli vaxtla 10.00-12.00 saatları arasında Suriyanın hava məkanında uçduğunu açıqladı.

“Sabah” qəzeti: “Nazir Pakdəmirli: Çinə süd ixracı üzün razılıq əldə edildi”

Türkiyədən Çinə süd ixracı mövzusunda razılıq əldə edildi. Bu barədə kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli məlumat yaydı.

Nazir Bəkir Pakdəmirli İstanbulda baş tutan Beynəlxalq Süd Federasiyasının təşkil etdiyi "İDF” Dünya Süd Zirvəsi"ndə etdiyi çıxışında: “Türkiyənin potensialını artıracaq bəzi əhəmiyyətli və həssas tədbirləri qarşıdakı günlərdə həyata keçirmək üçün müşavirə etdik. İlk növbədə heyvandarlıqda genetika potensialımızı artırmaq üçün ıslahatlara güclü dəstək verəcəyik. Türkiyənin süd məhsullarını seçim edən ölkə sayı hər keçən gün artır. Xüsusilə dünyada "Türk Labne" adı ilə bilinən labne pendirine üstünlük verilir. Ortaşərq ölkələrinə rellaşdırdığımız məhsul ixracını uzaqşərqə də etmək istəyirik.”dedi.

“Vatan” qəzeti: “THY-nin yeni təyyarəsinin adı məlum oldu”

Türk Hava Yolları filosuna daxil etdiyi “Airbus A321 NEO” tipli təyyarə “TC-LSH” quyruq təsdiqli təyyarəni “Sivrihisar” adlandırdı. Yeni təyyarənin təhvil alındığını THY mətbuat xidmətinin katibi Yahya Üstün sosial şəbəkə hesabında elan etdi.

“Star” qəzeti: “İstanbul Hava Limanı Polşaya ilham qaynağı olur”

Polşanın infrastruktur nazirinin müavini kimolaj Vild Varşava yaxınlığında tikiləcək Mərkəzi Hava Limanı üçün İstanbul Hava Limanını dövlət-xüsusi sektor şərikliyi və maliyyə baxımından ətraflı tədqiq etdiklərini bildirdi. Vild “İstanbul Hava Limanının maliyyə quruluşu bizim üçün ilham mənbəyidir. İstanbuldakı layihədə yer alan şirkətlərlə əməkdaşlığı müzakirə edirik” dedi.

“Haber Türk” qəzeti: “ABŞ-lı müğənni Della miles Mövlanənin məqbərəsini ziyarət etdi”

Konya Vilayət Mədəniyyət və turizm Müdirliyinin dəvətilə 16-cı Beynəlxalq Konya Sufi Musiqi Festivalına qatılmaq üçün Konyaya gələn ABŞ-lı müğənni Della Miles Mövlanənin məqbərəsini ziyarət etdi. Türkiyədə yərləşəndən sonra müsəlman olan Milesə Mövlanə Mədəniyyət Mərkəzində keçirilən festivalın axırında hədiyyə təqdim edildi.



Әlaqәli Xәbәrlәr