Türkiyə mətbuatı, 19 sentyabr 2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1272299
Türkiyə mətbuatı, 19 sentyabr 2019

“Sabah” qəzeti: “Ərdoğan: İki həftə ərzində nəticə əldə edilməyəcəyi təqdirdə öz addımımızı atarıq”

Prezident Rəcəb Tayyib 2019-2020 Tədris İlinin açılış mərasimində Qərb ölkələrinin səmimiyyətsiz mövqeyi səbəbindən dalana salınan suriyalı qaçqınlar və təhlükəsiz bölgə mövzusunda “İki həftə ərzində nəticə olmayacağı təqdirdə öz addımımızı atarıq” dedi.

“Vatan” qəzeti: “Nazir Pekcanın Türkiyə-İran münasibətlərinə dair açıqlaması”

Ticarət naziri Ruhsar Pekcan dünən paytaxt Ankarada Türkiyə-İran İş Forumunda etdiyi çıxışda İran ilə münasibətlərin qurucu və iş dünyasının qabağını açan istiqamətdə irəlilədiyini bildirərək “Alternativli ticarət sazişi”ndən daha fəal istifadə edərək ticarət həcminə yenidən  canlandırmaqda qətiyyətliyik” dedi.

“Yeni Şafak”: “Türkiyənin 2023 Sənaye və Texnologiya Strategiyası açıqlandı”

Sənaye və texnologiya naziri Mustafa Varank dünən paytaxt Ankarada keçirilən Sənaye və Texnologiya Strategiyasının Təqdimatı yığıncağında milli gəliratda emalat sənayesinin payının 2023-cü ildə 21 faizə çıxarmağı hədəf götürdüklərini bildirdi. Varank: “Ttürkiyənin dağıdıcı texnologiya sahələrində qlobal nisbətdə marka olacaq ən az 23 ağıllı məhsul buraxmasını hədəf götürmüşük. Hədəflərimizin reallaşması üçün sənaye strategiyamızda 5 əsas plan və 23 əlavə siyasət müəyyənləşdirdik” deyə bildirdi.

“Star” qəzeti: “Səlcuq Bayraktar Akıncının ilk uçuş tarixini açıqladı”

Baykar şirkətinin texnik müdiri və Türkiyə Texnologiya Komandası Vəqfi Qəyyumlar Şurasının sədri Səlcuq Bayraktar Türkiyənin yerli və milli istehsalı olan pilotsuz hücum aparatı “Akıncı”nın ilk uçuşunu oktyabr ayı ərzində həyata keçirmək istədiklərini söylədi.

“Hürriyət” qəzeti: “THY-nin Çinin Xian şəhərinə səfəri”

Türk Hava Yolları tərəfindən Çinin Xian şəhərinə tarifli uçuşlar başlatdığı bildirildi. Açıqlamada qeyd edildi ki, THY tərəfindən bazar şərtlərindən asılı olaraq Çinin Xian şəhərinə tarifli uçuşlar başladılmasına qərar verildi.



Әlaqәli Xәbәrlәr